Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ermənistan üçün fövqəladə təhlükə

 

                        “Ancaq bizim XİN susur və bu, çox müəmmalıdır”.

"Xeberinfo.com": Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Sergey Lavrovun Bakıya səfəri ilə bağlı verdiyi açıqlamada Azərbaycanı Moskvanın strateji partnyoru adlandırması Ermənistanda böyük narahatlıq və qalmaqal yaradıb. 

Məlumata görə, İrəvanda hakimiyyətdə olan “Firavan Ermənistan” partiyası bu bəyanatla bağlı Rusiyadan açıqlama tələb edib. Partiyanın parlament fraksiyasının rəhbəri, AŞPA nümayəndə heyətinin üzvü Naira Zoqrabyan bəyan edib ki, bununla bağlı Ermənistan XİN-i aydınlıq gətirməlidir.

“XİN indiyə qədər Nazarbayevin Avrasiya ittifaqının iclasında Azərbaycan prezidentinin məktubu ilə bağlı dediyinə heç bir reaksiya vermir. Bizim diplomatlar deyir ki, “Azərbaycan-Rusiya münasibətlərini şərh etmirik.  

Hesab edirəm ki, Rusiya strateji tərəfdaşı elan etdiyi Ermənistana bununla bağlı müvafiq cavab verməlidir. Ancaq bizim XİN susur və bu, çox müəmmalıdır ” - deyə Zoqrabyan vurğulayıb.

Ermənistanın “İrs” partiyasının baş katibi Stepan Safaryan isə bəyan edib ki, Rusiya “Avrasiya dramı” ilə Azərbaycanla bağlı məsələləri həll etməyə çalışır və bunun üçün Ermənistandan istifadə edir.

“Bu, Ermənistanın alçaldılmasıdır” - deyə o vurğulayıb.

Safaryan bildirib ki, Ermənistan üçün fövqəladə təhlükəli vəziyyət yaranıb.

“Rusiya bizi öz düşmənləri ilə əməkdaşlq etməyə qoymur, amma özü düşmənlərimizlə tərəfdaşlıqdan imtina etmir” - deyə Safaryan vurğulayıb.

Xatırladaq ki, Rusiya XİN nümayəndəsi S.Lavrovun Bakı səfəri ilə bağlı danışarkən Azərbaycanı “Rusiyanın strateji tərəfdaşı” adlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam