Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"İran yaranacaq situasiyadan necə çıxacağını bilir” -İranın XİN rəhbəri

 

“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın nüvə razılaşması ilə bağlı mümkün addımları İranı narahat etmir. Çünki İran yaranacaq situasiyadan necə çıxacağını bilir”

Xeberinfo.com:   Məlumata görə, bunu İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif deyib.

Xatırladaq ki, daha öncə D.Tramp İranla əldə olunmuş razılaşmanı "uğursuz razılaşma" adlandırmışdı.

 

Seçki kampaniyası dövründə də o, dəfələrlə Obama administrasiyasını bu razılaşmaya görə qınayaraq, prezident seçiləcəyi təqdirdə razılaşmanı pozacağını bildirmişdi.

 

İran prezidenti Həsən Ruhani isə bu məsələ ilə bağlı bildirmişdi ki, D.Tramp razılaşmanı birtərəfli poza bilməz.

 

C.Zərif razılaşma yeni seçilmiş prezident tərəfindən ləğv edilərsə, İranın hansı addım atacağı ilə bağlı suala cavab olaraq bildirib ki, D.Trampın nüvə razılaşması ilə bağlı hansı addım atması İranı əsla narahat etmir: "Tramp sürprizləri sevir və biz onu təəccübləndirməyə hazırıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam