Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“İranın nüvə proqramına dair razılaşmanı pozmağa çalışacağam” -Netanyahudan şok bəyanat

netanyahuİsrailin baş naziri Benyamin Netanyahu İranla qərb dövlətləri arasında nüvə proqramına dair əldə olunan razılığı pozmağa çalışacağını bəyan edib.

Xeberinfo.com:   BBC-nin verdiyi məlumata görə, o, məsələ ilə bağlı ABŞ-ın yeni rezidenti Donald Trampla danışacağını bildirib.

İsrail hökumət başçısının qənaətinə görə, adıçəkilən razılaşmanın pozulması üçün əlində ən azı 5 variantı var. O, həmçinin əlavə edib ki, İsraillə ABŞ-ın hazırkı prezidenti Barak Obama arasında bir sıra fikir ayrılıqları olub. Bunlardan ən əsası İranın nüvə proqramına dair razılaşmadır.

Qeyd edək, ötən həftə İran prezidenti Həsən Ruhani D. Trampa İranla qərb dövlətləri arasında nüvə proqramına dair əldə olunan razılığı pozmağa imkan verməyəcəyini açıqlayıb.

Yada salaq ki, D. Tramp özünün seçkiqabağı kampaniyasında tərəfdaşları qarşısında çıxış edərkən İranın nüvə proqramına dair razılaşmanı “bütün zamanların ən pis razılaşması” adlandırmışdı.

Nüvə razılaşmasına əsasən, rəsmi Tehran nüvə silahının hazırlanmasına dair bütün işləri dayandırır və nüvə yanacağının böyük bir hissəsini məhv edir. Bundan əlavə, İran nüvə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertlərini öz nüvə obyektlərinə buraxmalıdır. Əvəzində isə qərb dövlətləri İrana qarşı tətbiq olunan sanksiyaları aradan qaldırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam