Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Rusiya balansı Ermənistanın xeyrinə pozdu”

armenia-russia-flags-990x660

Ekspertlər: “Rusiya-Ermənistan birləşmiş ordu qruplaşmasının yaradılması çox təhlükəli tendensiyadır”

Xeberinfo.com:   Rusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləməsi çox təhlükəli bir tendensiyadır, Cənubi Qafqazı təhdid edən bir situasiya yaradır”.

Bunu APA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Q. Hüseynli bildirib ki, hazırda Rusiya Ermənistanı pulsuz silahla təchiz edir, son aylarda isə Ermənistana orta mənzilli “İsgəndər M” tipli ballistik raketlər, “TOS” tipli ağır odsaçan silahlar və digər taktiki raketlər göndərib: “Yəni, Ermənistan kifayət qədər Rusiya tərəfindən silahlandırılır. Ermənistanın hava hücumundan müdafiə sistemi bütünlüklə Rusiyaya tabe etdirilib və hava hücumundan müdafiə sisteminin qurulması Rusiya mütəxəssisləri tərəfindən aparılır. Ermənistanın sərhədlərini onsuz da Rusiya qoşunları qoruyurdu. Ermənistanın əksər zavodları da borc əvəzində Rusiyanın ixtiyarına keçib. Faktiki olaraq, Ermənistan suverenliyini itirə-itirə gedir. İndi isə qoşunların birləşmiş qruplaşmasının yaradılması adı altında qoşunların birləşdirilməsi prosesi gedir. Yəni Ermənistan qoşun birləşmələri ilə Rusiya qoşun birləşmələri vahid kontingentdə birləşir. Guya birləşmiş qoşunların komandanlığı Ermənistana tapşırılır, amma müharibə prosesində guya bu prosesə Rusiya rəhbərlik edir. Qısası, vəziyyət çox gərgindir. Bu addımlar Cənubi Qafqazı təhdid edən bir şəraitin formalaşmasına şərait yaradır ”.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın son addımları daha çox mövcud status-kvonun saxlanmasına istiqamətlənib: “2-5 aprel hadisələrindən sonra Azərbaycana vədlər verilməsinə baxmayaraq, bu vədlərin üzərindən sükutla keçildi. İndi isə Rusiyanın yaxından iştirakı ilə regionda hərbi eskalasiya meylləri artır. Bu, çox təhlükəli bir tendensiyadır. Onlar iddia edirlər ki, bu qoşunlar Dağlıq Qarabağ ərazisinə getməyəcək. Amma Dağlıq Qarabağda qulluq edən hərbçilər Ermənistan hərbçiləridir. Dağlıq Qarabağdakı hərbi hissələr Rusiyanın Ermənistana verdiyi silahlarla təchiz olunurlar. Bunlar hamının bildyi reallıqlardır”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə APA-ya açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında aprel döyüşlərinin 4 gündən çox uzanmamasının səbəbkarı Rusiya olub və Moskva müharibənin uzanmasından narahat olaraq hər iki tərəfi atəşkəsə yenidən riayət etməyə çağırıb: “Halbuki, Azərbaycan ordusunun daha uzun məsafələrə irəliləmək imkanları var idi. Bundan sonra Azərbaycanın hakim dairələrində və cəmiyyətinin bir hissəsində belə bir təəssürat yarandı ki, hərbi toqquşmanın genişlənməsi perspektivi Rusiyanı narahat etdiyindən Kreml Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcək. Bunun üçün ilk addım olaraq Kreml Ermənistan hakimiyyətinə təzyiq edəcək ki, İrəvan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu boşaltsın. Bu proqnozlar doğrulmadı. Əksinə, Rusiya hakimiyyəti iki addımı ilə Azərbaycan-Ermənistan qarşıdurmasında balansı Ermənistanın xeyrinə pozdu. Rusiya birinci addım olaraq Ermənistana “İsgəndər” raketləri göndərdi ki, hərbi balansda Ermənistan Azərbaycana məğlub olmasın. Rusiya ikinci addım olaraq Ermənistanla birgə qoşun birlikləri yaratdı. Faktiki bu, o deməkdir ki, bundan sonra Ermənistan ordusuna Rusiya Müdafiə Nazirliyi nəzarət edəcək. Bu iki addım Azərbaycana qarşıdır”.

E. Şahinoğlu vurğulayıb ki, Azərbaycan Rusiya ilə münasibətlərində səmimi siyasət yürüdür və problem yaşamaq istəmir. Bu, anlaşılan siyasətdir: “Ancaq, bu o demək deyil ki, Ermənistana artan hərbi dəstək fonunda Azərbaycan Rusiya ilə münasibətlərdə heç nə olmamış kimi davranılmalıdır. Təbii ki, Rusiya prezidentinin məlum sazişi imzalaması Azərbaycanda narahatlığı artırır. Bu, ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Rusiyanın münaqişənin həllindəki tərəfsizliyinə kölgə salır. Ümumiyyətlə, Rusiyanın Ermənistana verdiyi hərbi dəstək rəsmi Bakını öz xarici siyasətinə bir daha göz gəzdirməyə məcbur etməlidir. Yaranmış disbalansın qarşısını almağın yolu Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmasından keçir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam