Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Hillari Klinton dəli deyil ki, Rusiya ilə müharibəyə başlasın"

"Hillari Klinton dəli deyil ki, Rusiya ilə müharibəyə başlasın"
"Hillari Klinton geosiyasi proseslər haqqında yaxşı məlumatlıdır"
Xeberinfo.com:   Məlumata görə, ABŞ-dakı prezident seçkilərini şərh edən bu ölkənin Rusiyadakı keçmiş səfiri, Obamanın müşaviri Maykl Makfol Moskva-Vaşinqton münasibətlərinin gələcəyi haqqında danışıb.
Hillari Klintonun Rusiyaya qarşı sərt mövqe tutmasından danışan Makfol heç də onun ruslara düşmən olmadığını vurğulayıb.
"Xanım Klinton dünya siyasətini gözəl bilir. Bundan başqa o, prezident Putin və XİN başçısı Sergey Lavrovla yaxşı tanışdır. Onun Rusiya rəhbərliyi ilə iş sahəsində böyük təcrübəsi var", deyə Makfol qeyd edib.
Trampın "əgər Klinton prezident seçilərsə, Rusiya ilə müharibəyə başlayacaq" sözlərinə münasibət bildirən Makfol deyib ki, bu absurd fikirlərdir və reallıqdan uzaq iddialardır. Ancaq ağlını itirmiş şəxs Rusiya ilə müharibəyə başlaya bilər.
Xatırladırıq ki, bu gün ABŞ-da prezident seçkiləri keçirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam