Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Barak Obama ilə uzun-uzadı danışığımız oldu”

erdogan-yeni1

“Barak Obama ilə telefon danışığında İŞİD-i Rakkadan birlikdə çıxarmağı təklif etdim. Rakkanın azad edilməsi üçün YPG-yə  ehtiyac yoxdur”.

Xeberinfo.com:  Türkiyə KİV-inə istinadən xəbərə görə, bunu ölkə Prezidenti Rəcəb Tayib Ərdoğan Beştəpədə veteranlar və şəhid ailələrinə həsr olunmuş tədbirdə bildirib.

“Onlar əl-Babı da tərk edəcəklər. Mübarizə belə davam edəcək. Oradan sonra Münbiçə, Rakkaya gedəcəyik. Ötən gün axşam Barak Obama ilə uzun-uzadı danışığımız oldu. Məsələ ilə bağlı atacağımız addımları müzakirə etdik. Bunu da söylədim: “PYD-YPG (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları) terror qruplarına bizim ehtiyacımız yoxdur. PKK, PYD və YPG – bunlar eyndir. Gəlin, Rakkanı birlikdə azad edək. Bunu etməyə gücümüz də var. YPG, PYD – bunlar bəsit terror qruplarıdır”, – deyə o vurğulayıb.
Türkiyənin müdafiə naziri Fikri Işık da ABŞ-ın davranışına münasibət bildirib: “ABŞ rəsmiləri PKK-PYD ünsürlərinin Münbiçdən çıxdığını söyləyirlər. ABŞ-ın bu məsələdə verdiyi sözə əməl etməsini gözləyirik. Bundan sonra sadəcə sözə deyil, əmələ baxmaq vəziyyətindəyik. Yoxsa, Türkiyə tərəddüd etmədən lazım olanı edər”.
Qeyd edək ki, ABŞ terrorçu İŞİD qruplaşmasının əsas mərkəzi sayılan Rakkanın azad edilməsində terrorçu PKK-nın yaratdığı “Suriya Demokratik Gücləri” adlanan silhalılardan istifadə etmək istəyir. Rəsmi Vaşinqton bununla da terrorçu PKK ilə əməkdaşlıq etmədiyinə Türkiyəni inandırmağa çalışır.
Xatırladaq ki, ABŞ-ın müdafiə naziri Eşton Karter bir neçə həftədən sonra beynəlxalq koalisiya qüvvələrinin Rakkanın azad edilməsi əməliyyatına başlayacaqlarını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam