Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“İşğal edilmiş ərazilər qaytarılmalıdır”

“Bütün tərəflər səfir Anje Kaspşikin rəhbərlik etdiyi müşahidəçi qrupun genişləndirilməsi ilə razıdır”.

Xeberinfo.com:  Bunu Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ( James Warlik) oktyabrın 25-də Yerevanda keçirdiyi mətbuat konfransında deyib: ”Səfir Kaspşikin missiyasının genişləndirilməsi ilə bağlı razılıq var və səfərimizdə məqsəd bu razılaşmanı reallaşdırmaq üçün bir neçə detal üzərində işləməkdir”, deyə o bildirib.

ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevana Azərbaycan və Dağlıq Qarabağda danışıqlar apardıqdan sonra gediblər.

Rusiya və Azərbaycan KİV-lərinin məlumatına görə, Uorlik Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, preidentlərin görüşündə ən vacib mövzulardan biri işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsidir.

Uorlik AzadlıqRadiosu Ermənistan xidmətinin sualına cavabında belə bir bəyanatla çıxış etdiyini inkar etməyib və ümumi konteksdən he nə çıxarmamağa çağırıb.

“Nizamlanmanın bütün komponentləri masa üzərində olmalı və müzakirə olunmalıdır. Siz hansısa bir sualı götürüb onu kontekstən çıxara bilmərsiz. Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması müzakirə olunmalı, eyni zamanda Dağlıq Qarabağn yekun statusu açıq şəkildə müzakirə olunmalıdır. Başqa suallar da var, biz qaçqınlar və daxildəki məcburi köçkünlərin qayıtması məsələsini də müzakirə etməliyik. Açıq deməliyik ki, beynəlxalq sülhməramlı qüvvələr hansı formada olmalı və hansı səlahiyyətləri olmalıdır. Həmçinin dəhliz məsələsi müzakirə olunmalıdır. Bütün bunlar sistemli həllin tərkibidir”, deyə Uorlik bildirib.

Ermənistan və Azərbaycan prezidentlərinin görüşünə gəldikdə isə həmsədr deyib ki, beynəlxalq vasitəçilər indi belə bir görüş təşkil eləməyə çalışırlar.

Ceyms Uorlikin oktyabrın 25-də Ermənistan prezidenti Serj Sarkisyan və müdafiə naziri Viqen Sarkisyanla görüşü nəzərdə tutulur.

(azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam