Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Borçalı İctimai Birliyinin sədrindən bəyanat

 

 

Xeberinfo.com:  oktyabr 2016-cı ildə  Gürcüstan parlamentinə seçkilər günü Marneuli rayonunun Qızılhacılı kəndində baş vermiş qarşıdurma və bəzi sakinlərin həbs ilə bağlı Borçalı İctimai Birliyinin sədri Kərəm Məmmədovun  Gürcüstanın  dövlət  rəhbərliyinə   və ictimaiyyətinə müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

                                                   

Oktyabrin 8-də  keçirilən parlament seçkiləri  Gürcüstanda yaşayan bütün millətlərin həyatında  tarixi  səhifə açmışdır. Bu seçkilər qardaş ölkənin  yeni inkişaf mərhələsinə qədəm qoyacağına böyük ümidlər verir

 Təəssüf ki, azərbaycanlıların sıxyaşadıqları Marneuli rayonunun ən böyük kəndlərindənolan  Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində seçkinin  nəticəsinə etirazlar zamanı  baş vermiş qarşıdurma  və  bu hadisəyə görə 6 nəfərin həbsi narahatlığımıza səbəb olmuşdur.

Seçki kampaniyası dövründə  Gürcüstan dövlətinin rəsmiləri xalqı  fəal olmağa və verdikləri səsin məsuliyyətini daşımağa çağırırdılar. Qızılhacılıdakı 48 saylı seçki məntəqəsində səsvermə zamanı  baş verən qarşıdurma secki prosesində baş verən neqativ hallara qarşı etirazdır. Hesab edirik ki,Gürcüstan  dövlətinin və bölgədə yaşayan soydaşlarmızın  maraqlarına ziddir.  Gürcüstanın  hüquq-mühafizə orqanlarını daha təmkinli davranmağa, yaranmış  qarşıdurmanın böyüyərək, seçkilərin üzərinə kölgə salmasına imkan verməməyə, seçiciləri öz hüquqları uğrunda qanun çərçivəsində mübarizə aparmağa, düşmən dəyirmanına  su tökə biləcək təxribatlara uymamağa çağırırıq.

Borçalı İctimai Birliyi Gürcüstanda demokratik prosesləri, insan hüquq və azadlıqlarının tam təmin olunması istiqamətində atılan bütün addımları  dəstəkləyir  və yaranan qarşıdurmanın hüquq müstəvisində, ədalətli həll olunacağına dərin ümid bəsləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam