Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Hökumət nə qədər gec deyil, səhvini düzəltməlidir, yoxsa…”

hqdefault
 

“Biz zamanında deyəndə ki, hakimiyyətin demokratik qüvvələri sıradan çıxarılması planı səhvidir, hakimiyyət bunu qəbul etmək istəmirdi. Çünki ölkə daxilində demokratik müxalifət  sıradan çıxarılarsa, onun yeri boş qalır”.

Xeberinfo.com:   Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Azad Demokratlar Partiyasının (ADP) sədri Sülhəddin Əkbər dilə gətirib. Onun sözlərinə görə, həmin yeri daha radikal və silahlı  müxalifət tutur. “Bu boşluq həmçinin, radikal dini qüvvələrlə yanaşı, Azərbaycanda sabitlyin pozulmasında maraqlı olan xarici ölkələrin nəzarətində olan dini, etnik və silahlı qüvvələrlə doldurula bilər və bu, realdır. İndiki mürəkkəb sosial-iqtisadi vəziyyəti nəzərə alsaq, dediklərim qaçılmaz olacaq. Ona görə də hökumət nə qədər gec deyil, səhvini düzəltməlidir. Hakimiyyət özü demokratik müxalifətin tez bir zamanda reablitasiya olunub, güclənməsinə imkan yaratmalıdır ki, lazimı məqamda belə təhlükələrin qarşısını birlikdə almaq mümkün olsun. Əks təqdirdə, demokratik müxalifət zəif olduqda, cəmiyyət  dəyişiklik istədiyindən demokratik müxalifətin arxasınca deyil, radikal qüvvələrin arxasınca gedəcək. Çünki xalq da getdikcə radikallaşır və aqressivləşir”-deyə, S. Əkbər sonra sözlərinə əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam