Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Ermənistan hətta Madrid prinsipləri əsasında danışıqlar aparmağa hazırdır”

“Ermənistan hətta Madrid prinsipləri əsasında danışıqlar aparmağa hazırdır”

 

 

“Ermənistan hətta Madrid prinsipləri əsasında belə danışıqlar aparmağa hazırdır”.
 
Xeberinfo.com:  APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.
 
O bildirib ki, Madrid prinsipləri Ermənistanın arzusundakı sənəd olmasa da, rəsmi İrəvan onu əsas kimi qəbul edir: “Onun əsasında bir sıra işçi sənədlər, o cümlədən, Azərbaycanın imtina etdiyi Kazan sənədi hazırlanıb".
 
E. Şarmazanov, həmçinin, vurğulayıb ki, Ermənistan üçün əsas xalqların öz müqəddəratını təyin etməsi prinsipidir: "Xalqların öz müqəddəratını təyin etməsi prinsip, ərazi bütövlüyü isə vasitədir. Vasitə prinsipə xidmət etməlidir, əksinə olmamalıdır. Azərbaycan mərhələli həldən danışırsa, ilk mərhələdə Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququnu tanımalıdır. Belə olan halda "status-kvo” dəyişəcək".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam