Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

MSK-dan siyasi partiyalara xəbərdarlıq

“Qanunvericiliyin tələbinə görə Mərkəzi Seçki Komissiyası ötən illə bağlı maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinə müraciət etməlidir. Ötən il demək olar ki, heç bir partiya maliyyə hesabatını qanunvericilikdə nəzərlə tutulan müddətdə - aprelin 1-ə qədər MSK-ya təqdim etməyib”.

Xeberinfo.com:   Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Natiq Məmmədov deyib.


N. Məmmədov bildirib ki, bu il aprelin 1-ə qədər 55 siyasi partiyadan 50-si aprelin 1-ə qədər, 1 partiya isə bir az gecikmə ilə maliyyə hesabatını MSK-ya təqdim edib. 

“MSK-nın əsas hədəfi siyasi partiyaları hesabatlılığa cəlb etməkdir, hansısa partiyanın cəzalandırılması deyil. Ancaq qanunvericilik imkan verir və MSK-nın da əlində kifayət qədər imkan var ki, siyasi partiyaların bu istiqamətdə fəaliyyəti ilə bağlı qanunvericiliyin imkanlarından geniş istifadə etsin”.(Azvision.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam