Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rusiya AŞPA-da səsvermə hüququndan məhrum edildi

 

Rusiya millət vəkilləri AŞPA-nın Bürosunda, Sədrlər Komitəsində, Daimi Komitəsində iştirak edə və assambleyanın seçkiləri müşahidə missiyalarında təmsil oluna bilməyəcəklər

 

"xeberinfo.com": Avropa Şurası Parlament Assambleyasında Rusiya Federasiyasının qurumdakı nümayəndə heyətinə qarşı sanksiyaların tətbiq olunması ilə bağlı hesabatın müzakirəsi yekunlaşıb. Məlumata görə, keçirilən səsvermə nəticəsində Rusiya 2014-cü ilin sonuna qədər AŞPA-da səs hüququndan məhrum edilib.

Müzakirələrin yekununda hesabatın müəllifi Stefan Şennax özü şəxsən Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiq edilməsinə qarşı çıxıb. Məruzəçi parlamentarları hesabatda qeyd olunmuş şəkildə, yalnız nümayəndə heyətinin səsvermə hüquqlarının alınmasına səs verməyə çağırıb. Bundan başqa, avstriyalı millət vəkili Rusiya ilə münasibətləri aydınlaşdırmaq məqsədilə bu ölkə ilə Azərbaycan, Moldova, Gürcüstan, Ukrayna kimi qonşu ölkələrə AŞPA daxilində xüsusi qrup yaradılmasını təklif edib. Onun fikrincə, assambleyanın alt komitəsi formatında fəaliyyət göstərəcək bu komitə həmin ölkələrlə Rusiya arasında münasibətləri nəzərdən keçirə bilər.

 Daha sonra hesabata əlavə və dəyişiklik təklifləri üzrə müzakirə və səsvermə keçirilib. Ukraynalı və Rusiyaya qarşı tənqidi mövqe sərgiləyən deputatların təklif etdikləri dəyişikliklər keçsə də, Gürcüstan millət vəkillərinin təklifləri qəbul olunmayıb. Rusiyanın AŞPA-dakı səlahiyyətlərinin tam şəkildə ləğvinə dair əsas əlavə və dəyişikliklərdən hesab olunan 3, 6, 11, 12, 14 saylı əlavə və dəyişikliklər qəbul edilməyib. Bununla belə, hesabatın 7 saylı dəyişikliyi və dəyişikliyə əlavə qəbul olunub. Bu dəyişikliklərə əsasən Rusiya nümayəndə heyətinin səsvermə hüquqları 2014-cü ilin sonuna qədər dondurulur. Bundan başqa, Rusiya millət vəkilləri AŞPA-nın Bürosunda, Sədrlər Komitəsində, Daimi Komitəsində iştirak edə və assambleyanın seçkiləri müşahidə missiyalarında təmsil oluna bilməyəcəklər.
 
Sonda qətnamə layihəsi bütünlüklə səsə qoyularaq səs çoxluğu ilə (145 lehinə, 21 əleyhinə) qəbul olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam