Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Daha 9 nəfər Müsavatdan getdi

musavatlogoesasfbn1 

Müsavat Partiyasından daha 9 nəfər istefa verib.

Xeberinfo.com:   Bu barədə AzNews.az-a “Ağ blok”un təsisçisi Tural Abbaslı məlumat verib. O, istefa verənlərin adlarını açıqlayıb: “Emin Məmmədli, Vüsal Qurbanlı, Samirə Həşimi, Toğrul Abbaslı, Vüsalə Əlizadə, Araz Teymurlu, Ayaz Teymurlu, Azad Ələsgərov və Tural Məmmədovdur. Biz Müsavatla yollarımızı ayırmışıq və yeni partiya qurmaq istiqamətində çalışırıq. Kim bizimlə bu yolda yürümək istəsə təmsil olunduğu əvvəlki yerdən istefa verəcək. Odur ki, yeni istefaların olub olmayacağını zaman göstərəcək”.

Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı isə AzNews.az-a açıqlama verərək istefa verənlərin Müsavat Partiyasına zərrə qədər də təsir etmədiyini bildirib: “İstefa verənlər Müsavat partiyasının qurultayından sonra partiya ilə əlaqəni kəsən, heç bir fəaliyyət göstərməyən şəxslərdir. Hətta bunların arasında 4 nəfərin müsavatçı olmağına şübhə var. Sadəcə araşdırılmalıdır. Əslində bunların sayı 10-15 nəfərdir. İki gündən bir biri bəyanat verib diqqəti özlərinə cəlb etməklə şou qurmaq istəyirlər. Özləri də görürlər ki, heç bir ciddi reaksiya doğurmur”.

R.Əmiraslanlı onu da əlavə edib ki, tək son bir ayda onlarla gənc Müsavat partiyasının sıralarına qəbul olunub.

Qeyd edək ki, bundan əvvəl partiyanın 7 üzvü istefa verib. Onlar buna səbəb olaraq Müsavat Partiyasında aparılan siyasətin müsavatçılıq ideologiyasına zidd olduğunu bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam