Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Botanika bağının məhv edilməsinə AMEA rəhbərliyi niyə göz yumur?

 

    Bütün Bakı  ərazilərini işğal altına alan məmur-oliqarxlar indi də Nəbabət bağında özlərinə istirahət zonaları, kotteclər və villalar tikirlər

     Son günlər sosial şəbəkələrdə və dövrü mətbuatda Bakı Nəbatat bağında ağacların qırılması və yerində yaşayış binalarının tikilməsi haqqında məlumat yayılıb.
   "xeberinfo.com": Yayılan xəbərlərdə bir qayda olaraq ağacların gecə saatlarında kəsildiyi və artıq yüzdən artıq ağacın kəsildiyi qeyd olunurdu.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) balansında olan Mərkəzi Nəbabət Bağı Bakının əsas yaşıllıq mərkəzlərindən biridir və bura qorunan ərazi hesab olunur. Həmçinin Botanika bağı olaraq tanınan Nəbabət bağı Badamdar qəsəbəsi yolu üzərində yerləşir.
Bu bağ 1934-cü ildə salınıb. Botanika bağı - yerli və başqa ölkələrin bitkilərini becərən və öyrənən, botaniki elmləri təbliğ edən elmi-tədqiqat və mədəni-maarif müəssisəsi, əsas vəzifəsi bitki ehtiyatlarını öyrənib zənginləşdirmək məqsədi ilə faydalı bitkiləri öyrənmək və onların təsərrüfat üçün qiymətli olanlarını müəyyənləşdirməkdir. Bununla əlaqədar, Botanika bağı bitkilərin introduksiyası, iqlimləşdirilməsi, eləcə də bitki kolleksiyaları toplamaqla məşğul olur.
Bağın sahəsi 50 hektara yaxındır. Nəbatat bağında dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından olan 2000-dən artıq ağac, kol, çiçək və ot bitkilərinin kolleksiyası toplanıb. Hazırda Bağda Qafqaz florasından olan 125 növ nadir və nəslikəsilməkdə olan və adları keçmiş SSRİ-nin və Azərbaycanın "Qırmızı Kitab"larına daxil edilmiş bitki kolleksiyası var. Onu da qeyd edək ki, AMEA-nın Botanika İnsitiutu da məhz bu bağda yerləşir. Mərkəzi Nəbatat Bağının nəzdində Elmi Şura və aspirantura da fəaliyyət göstərir.
Sovet dönəmində Botanika bağı Bakının ən sayılan istirahət mərkəzlərindən biri idi. Xüsusi ilə isti yay aylarında bura həm şəhərimizin qonaqları, həm də yerli əhali üz tütürdü. Bura giriş pulu olub və hazırda da pulludur. Bağa gələn insanlar kotteclərdə dincəlir və sakit təbitə qoynunda gözəl istirahət edə bilirdilər. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Botanika bağına olan maraq azaldı və bağ baxımsızlığa düçar oldu. Son 10 ildə isə bura əsasən «sevgililərin məskəninə» dönüb. Bir neçə manat ödəyib gözdən uzaq olmaq istəyən cütlər adətən Botanika bağına üz tuturdular. 
Botnika bağında gecələr ağacların kəsilməsi ilə bağlı əldə etdiyimiz  məlumata görə, Botanika bağında iri ranqlı məmurlar üçün istirahət zonaları və kotteclər tikiləcək. Hətta bəzi məmurların burda qəsri xatırladan villalar tikmək planlarının olduğu da bildirilir.
Hazırda yaşıllıqdan sözün həqiqi mənasında əziyyət çəkən, təqribən 4 milyonluq paytaxt Bakıda təbiətin sonuncu təbii guşəsini də məmurlar "özəlləşdirərək" dekorasiyaya çevirməyə başlayıblar. 
      Qəribədir ki, baş verənlərlə AMEA-nın rəhbərliyi gözlərini və qulaqlarını qapayaraq qarşılıq verirlər. Sanki Botanika bağının AMEA-ya heç bir əlaqəsi yoxdur. Bakının ən ucqar yerində belə, bir daşın daş üzərinə qoyulduğu zaman insanların başlarının üstünü kəsdirən icra orqanları da Bakının mərkəzində nələr baş verdiyndən özlərini "xəbərsiz" saxlayırlar.
   AMEA rəhbərliynin səssizlik nümayiş etdirməsi təbii ki, Botanika bağını doğrayanların doğurdan da kiçik adam olmamalarından xəbər verir. Amma əgər AMEA rəhbərliyi istəsəydi asanlıqla baş verənlər barədə ölkə prezidentini məlumatlandıra bilərdilər. Və biz inanırıq ki, prezident Botanika bağında baş verən təbiət soyqırımını durduracaq.
     Mövzunun davamı olacaq

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam