Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Şuşanın işğal günü qisas gününə çevrilə bilər"

 

Rusiyalı ekspert Oleq Kuznetsovun Qarabağda yeni savaşın tarixi ilə bağlı proqnozu Azərbaycan ictimaiyyətinin də diqqətini cəlb edib.


Xeberinfo.com:   Politoloq bildirib ki, əgər yaxın müddətdə sülh əldə olunmasa, savaş yenidən başlayacaq. O hətta yeni savaşın tarixini da açıqlayıb: “Mayın 8-i yaxınlaşır. Bu, erməni silahlı birləşmələri tərəfindən qeyd edilən Şuşanın işğal günüdür. Qondarma ”Arsax dövləti"ndə bu, bayram hesab edilir. 

İki on illikdən artıq formalaşmış ənənəyə əsasən, bu ərəfədə cəbhə xəttində gərginləşmə olur. Fikrimcə, bu il də ondan qaçmaq mümkün olmayacaq. Vacib deyil, atəşi birinci kim açacaq. Bu, Azərbaycan ordusunun yeni lokal hücum əməliyyatına başlaması üçün ən əlverişli gündür. Nədən ki, Rusiyanın buna qarışmayacağına yüz faiz zəmanət var. Ən azı üç gün - mayın 7-dən 9-dək Qələbə Günü ilə bağlı bu zəmanət olacaq və Azərbaycan bu 3 gündə nə istəsə, onu öz ərazisində eləməyə ixtiyar sahibidir. Sonra isə Kreml növbəti “sakitləşdirmə” mərhələsinə başlayacaq - hansı mərhələ ki, yalnız konflikt zonasında yeni hərbi-siyasi situasiyanın fiksasiyasından ibarət olacaq".

Rus politoloqun qeyd etdiyi kimi azərbaycanlı ekspertlər də Qarabağda savaşın yenidən başlaması ehtimalını istisna etmirlər. Ancaq zaman məsələsinə gəlincə, bu haqda konkret danışmağın çətin olduğunu deyirlər. 

Politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan tərəfi sülh şərtləri ilə razılaşmasa, ən azı 7 rayon qaytarılmasa müharibə yaxın aylarda yenidən başlaya bilər: “Prinsipcə, müharibə davam edir. Dünən də yeni bir xəbər gəldi ki, Azərbaycan ordusu düşmənin təxribatına cavab olaraq, bir erməni tankını vurub. Bu o deməkdir ki, Rusiyanın vasitəçiliyi hələ ki, bir nəticə vermir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvan səfəri zamanı çoxsaylı açıqlamalar verdi və ümid yaratmaq istəyirdi ki, sülh olacaq, danışıqlar intensivləşəcək. Amma cəbhə bölgəsindən fərqli xəbərlər gəlir. Biz bu xəbərlərə əsaslanaraq, düşünə bilərik ki, əgər yaxın müddətdə danışıqlarda irəliləyiş olmasa Azərbaycan ordusu öz uğurunu davam etdirmək imkanı qazanacaq. Bu həm də Azərbaycan cəmiyyətinin sifarişidir. Artıq ordumuz strateji yüksəkliklərə nəzarət edir. Digər tərəfdən işğalçı tərəf də əsəbidir. Çünki həmin yüksəklilərin geri qaytarılmasını istəyir. Bu yüksəkliklərin Azərbaycanda olması onları hərbi-strateji baxımdan zəiflədir. Hər iki tərəf sanki döyüşə hazırlaşır. Bu döyüşə mane olacaq heç bir element də yoxdur. Nə Rusiyanın vasitəçiliyi nəticə verir, nə yeni təklifləri var, nə də beynəlxalq aləmdən ciddi bir təkan yoxdur. Almaniya isə ATƏT-in sədri kimi boş bəyanatlar verir ki, təkliflər paketimiz var, ancaq nə olduğunu açıqlamır. Belə bir şəraitdə, yaxın bir-iki ayda danışıqlarda real irəliləyiş olmasa, beynəlxalq güclər Ermənistana təsir edib, Dağlıq Qarabağın ətrafındakı 5 rayonun qaytarılmasını sürətləndirməsələr, bölgədə vəziyyət həqiqətən gərginləşəcək. Ancaq bunun məhz mayın 9-da baş verəcəyini söyləmək mənim üçün çətindir”. 

Ekspertin fikrincə, ermənilər nəzərə almalıdırlar ki, mayın 9-da Şuşanın işğalı ilə bağlı hər hansı tədbir keçirsələr, Azərbaycan tərəfi separatçılara qarşı adekvat addım atacaq: “İndi əvvəlki dövr deyil ki, ermənilər Qarabağda istədikləri tədbirləri keçirsinlər. Artıq Azərbaycan ordusu öz gücünü göstərdi və sübut etdi ki, torpaqlarımızda baş verən istənilən təxribatın qarşısı alınacaq. Bunun nə zaman baş verəcəyinə gəlincə, mənim proqnozum belədir ki, iyun ayının sonuna qədər hər hansı irəliləyiş olmasa, sonrakı aylarda toqquşma ehtimalı artacaq. 

Bu ərəfədə Rusiyanın başının bayram tədbirlərinə qarışmasından Azərbaycan tərəfinin istifadə edəcəyinə gəlincə, Azərbaycanın buna ehtiyacı yoxdur. Kimin başının nəyə qarışması bizim üçün önəmli deyil". 

Deputat Aydın Mirzəzadə də müharibəyə başlamaq haqqının hər zaman Azərbaycan tərəfində olduğunu açıqladı: “Rus politoloqu Azərbaycan tərəfinə çox maraqlı bir ideya verir. Bunun üzərində düşünmək olar. Amma hərbi əməliyyatların nə vaxt başlayıb, hansı istiqamət götürəcəyi situasiyadan asılı olan məsələdir. Bu gün Azərbaycan danışıqların sülh yolu ilə həll edilməsində daha maraqlıdır. Azərbaycanın danışıqlara getməsini, onun Ermənistana ən böyük kompromisi kimi qəbul etmək olar. Eyni zamanda biz işğal altında olan Dağlıq Qarabağ ərazisinə muxtariyyət verməyi indidən öz üzərinə götürür. Ancaq bununla belə Ermənistan qeyri-konstruktiv fəaliyyətini davam etdirdikdə Azərbaycanın hərbi yoldan istifadə etməkdən başqa çıxış yolu qalmır. 2 apreldə olan müharibə də məhz Azərbaycanın Ermənistanın işğalçı siyasətini davam etdirməsinə, hər gün provokasiya edərək hücuma keçməsinə cavab olaraq atdığı addım idi. Yenə də Ermənistan bu siyasətindən əl çəkməsə Azərbaycan tərəfinin adekvat reaksiyası ilə üzləşə bilər. Ancaq bunun hansı ayın hansı günündə olmasının elə bir əhəmiyyəti yoxdur. Hərbi əməliyyatların başlaması situasiyadan asılı olan məsələdir. 

Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib, Ermənistan ordusunun hərbi hissələri Azərbaycan ərazisindədir. Bu beynəlxalq təşkilatların sənədlərində də öz əksini tapıb. Bu azmış kimi Ermənistan Azərbaycan ərazisinə hücumlarını davam etdirir. Ötən gün Tərtər rayonunda vətəndaşlardan birinin evi dağılıb. Bu faktın özü Ermənistanın hələ 2 aprel hadisələrindən dərs çıxarmadığını göstərir. Bu baxımdan Azərbaycanın öz ərazisini işğaldan azad etmək üçün hansı yolu seçəcəyi onun öz hüququdur. Bundan ən çox əziyyət çəkən isə işğalçı Ermənistan olacaq".

musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam