Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

AŞPA Qarabağ barədə təklifləri qəbul etmədi

Bu gün səhər Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk iş günü çərçivəsində qurumun Bürosunda Dağlıq Qarabağda, qoşunların təmas xəttində baş vermiş son gərginliyə dair müzakirə keçirilib.

 

Xeberinfo.com:  Büronun iclasına Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verənlər haqda üç sənəd təklif olunub. Bu təkliflərdən ikisini Azərbaycan və Ermənistan, üçüncünü isə Fransa nümayəndə heyəti adında Rene Ruke irəli sürüb. Lakin Büronun iclasında irəli sürülmüş təkliflərdən heç biri qəbul olunmayıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov açıqlamasında bu məsələnin Monitorinq komitəsində fəaliyyət göstərən üzv ölkələr arasında münaqişələrə dair alt komitənin iclasında müzakirə ediləcəyini bildirib:

“Bildiyiniz kimi, bu gün AŞPA Bürosunun iclasında Dağlıq Qarabağa aid təkliflər qəbul olunmadı, ancaq bu məsələ çox güman ki, AŞPA-nın xüsusi yaradılmış alt komitəsində müzakirə ediləcək. Bilirsiniz ki, Monitorinq komitəsi çərçivəsində üzv ölkələr arasında münaqişələrə dair alt komitə fəaliyyət göstərir və böyük ehtimalla müzakirələr orada gedəcək. Ayrıca AŞPA-nın plenar iclasında müzakirələrin aparılması nəzərdə tutulmur. Azərbaycan heç bir beynəlxalq qanunu pozmayıb. Bu məsələlər hər halda, müzakirə olunmalıdır. Minsk Qrupu artıq hərəkətə gəlib, başqa beynəlxalq qurumlar da bu məsələdə öz mövqelərini ortaya qoyublar”. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam