Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

“Rusiya Ukraynanın NATO-ya üzv olacağından qorxur”

 

   “Əfqanıstan sovet rejiminin çökməsinə səbəb olduğu kimi, Krım da Putin rejiminin çökməsinə gətirib çıxaracaq”


    "xeberinfo.com": Bu sözləri Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov “Şuster Live” televiziya proqramında çıxışında deyib. “Krım Rusiya hərbçilərinin istirahət yarımadası olmayacaq. Bu, hazırda beynəlxalq təcridlə üzləşmiş Rusiya üçün dəhşətli problemə çevriləcək”, - deyə o, söyləyib.

A. Turçinov yaxın vaxtlarda Ukraynanın Rusiyanın Krımı işğal etməsi nəticəsində məruz qaldığı milyardlarla dolların kompensasiyası üçün beynəlxalq məhkəmələrdə iddialar qaldıracağını açıqlayıb. O, rusiyalı hərbçilərin Krımda ələ keçirdiyi ilk müəssisələrdən birinin “Çernomornefteqaz” olduğunu xatırladaraq Ukraynaya qarşı həm də iqtisadi müharibə aparıldığını qeyd edib: “Rusiya müstəqil, suveren dövlətə qarşı törətdiyi təxribatlara görə üçqat artıq qiymət ödəməli olacaq”.

A. Turçinov Ukraynanın NATO-ya üzvlüyünü istisna etməyib və Rusiyanın Ukraynanı bu bloka doğru itələdiyini də vurğulayıb: “Rusiya Ukraynanın NATO-ya üzv olacağından çox qorxur. Bu, onların fobiyalarından biridir. Məhz Rusiya Federasiyası öz təcavüzü, öz fəaliyyəti, qoşunlarını Ukrayna sərhədlərinə yığması ilə Ukraynanı inadla NATO-ya doğru itələyir”.

A. Turçinov Rusiyanın bu istiqamətdə fəaliyyətini davam etdirəcəyi təqdirdə, Ukraynanın NATO-ya daxil olacağını istisna etmir. O, Rusiyanın aqressiyasından sonra Ukraynada ölkənin NATO-ya üzvlüyünü dəstəkləyən insanların sayının artdığını qeyd edib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam