Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Sovetski” sakini icra başçısının dediklərini yalanladı

 

     

 

      "xeberinfo.com": “Köçmək üçün müraciət edən “Sovetski” sakinlərindən 110 nəfər artıq pulunu alıb”. Bunu  açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib. Onun sözlərinə görə, indiyədək pulları ödənilmiş sakinlərdən 20-nin evi sökülüb, 15 evin də bir neçə günə sökülməsi nəzərdə tutulub: “Bir aydan sonra, pulları ödənilmiş digər sakinlər də özlərinə ev tapdıqdan sonra onların da evlərini sökəcəyik. Artıq “Sovetski” məhəlləsindəki camaat Yasamal Rayon İcra Hakimiyyətinə axışır ki, pulumuzu verin, köçürük. Hər gün ən azı 25-30 nəfər müraciət edir. Ümumiyyətlə, hazırda 150 nəfər növbədə dayanıb. Bu gün komissiya onların da müraciətlərinə baxacaq və sənədlər banka təqdim olunacaq ki, onların da pulları verilsin. İşimiz yaxşı gedir, camaat da razılıq edir”.

     İ.Mehdiyev evlərinin sahəsi az olan “Sovetski” sakinləri ilə bağlı məsələnin hazırda Nazirlər Kabinetində müzakirə olunduğunu qeyd edib.

 

    “Sovetski” sakini, Süleyman Rəhimov küçəsi, dalan 1-də yaşayan Fuad Dərgahov bunun yalan olduğunu iddia edir. Onun sözlərinə görə, çox az adam hökumətin təklif etdiyi kompensasiyanın məbləğiylə razılaşıb: “Bu o adamlardır ki, mənzillərinin kvadratı çoxdur. Kimin evinins ahəsi 100-150 kavdart metrdirsə ona 1500 manat sərf edir. Çünki ona veriləcək məbləğ 150-200 min manatdır. Məsələn, mənim evimin sahəsi 16 kavdart metrdir. 1500 manatdan kompensasiya verilsə 24 min manat edir. Bu pula heç yerdən ev ala bilmərəm. Mənim kimi “Sovetski”də yüzlərlə ailənin mənzilinin sahəsi 20-30 kvadratdır. Ona görə də deyilənlər inandırıcı deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam