Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Azərbaycan Rusiya ilə Türkiyə arasında seçim etməlidir”

Xeberinfo.com:   Rusiyanın Şimali və Şərqi Avropa ölkələri Siyasi Tədqiqat Mərkəzinin rəhbəri, tarix elmləri doktoru Aleksandr Sıtin haqqın.az saytına eksklüziv müsahibəsində bildirib ki, Suriyadakı böhranın nə qədər davam edəcəyini qabaqcadan söyləmək çətindir. Onun fikrincə, əsl qarşıdurmanın başladığını da demək olmaz.

Sıtin deyib ki, Rusiyanın Suriyadakı əsas məqsədi Kremlin legitim hesab etdiyi Əsəd rejiminin qorunub saxlanması, Rusiya şirkətlərinin bu ölkədəki maraqlarının qorunması və hərbi bazaların mövqelərini itirməməkdir. Son nəticədə, Rusiya Suriyanı özünün geosiyasi nüfuz dairəsinə daxil edilməsini istəyir, Sıtin belə deyir.

Rusiya ilə Türkiyə arasında birbaşa hərbi toqquşma ehtimalını qiymətləndirən müsahib haqqın.az-a bildirib ki, bu ehtimal getdikcə daha çox mümkünə çevrilməkdədir. “Türkiyə hazırda hibrid hərbi əməliyyatlar yolu ilə gedir. Bu, Donbasdakı əməliyyatlara bənzəyir. Sanki müharibə həm var. Həm də o yoxdur”, - Sıtin belə deyir və sözlərinə davam edir: “Rusiyaya qarşı müharibənin reallığa çevrilməsi üçün Türkiyə NATO-nun buna razılığını almalıdır. NATO isə vuruşmaq istəmir və yalnız o zaman işə qarışacaq ki, Rusiya rəsmi şəkildə təcavüz etsin. Hələlik belə ssenari az inandırıcıdır”.

Türkiyənin müttəfiqi və Rusiyanın strateji partnyoru olan Azərbaycanın belə bir vəziyyətdə durumunun necə olacağı sualına isə rusiyalı ekspert belə cavab verib: “Anlamaq lazımdır ki. Rusiya hər yerdə dondurulmuş münaqişə ocaqları saxlayır. Qarabağ da belələrindəndir. Düşünürəm ki, yaxın vaxtlarda Qarabağ münaqişəsinin kəskinləşməsini gözləmək olar. Hər halda, belə bir ssenariyə hazır olmağı məsləhət görərdim. Burada çox şey Bakının mövqeyindən asılı olacaq. Fikirləşirəm ki, yaxın gələcəkdə Azərbaycan Putinlə Ərdoğan arasında strateji seçim etməli olacaq. Hazırkı zamanda hər iki tərəflə dost münasibətləri qoruyub saxlamaq çətin ki mümkün olsun. Xüsusilə də o halda ki, Ermənistan özünü Cənubi Qafqazda Kremlin müttəfiqi və maraqlarının keşikçisi kimi göstərir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam