Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Şaiq Əfəndiyev də işsiz qaldı

 

 

“Azərtunelmetrotikinti”nin sədri Şaiq Əfəndiyev tutduğu vəzifədən azad olunub. 

    "xeberinfo.com": Qurumdan əldə etdiyimiz məlumatda bildirildi  ki, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradıldığına görə, hazırda qurumun idarə heyətindən tutmuş sıravi işçisinədək kimin hansı vəzifədə çalışacağı bilinmir: “Bizə dedilər ki, bu, iki ay müddətində bilinəcək. Şaiq Əfəndiyev də hələlik sədr vəzifəsində qalıb-qalmayacağı bəlli deyil. O, artıq bir neçə gündür işə də çıxmır. Burada hər kəs havadadır”.

       Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılıb. Cəmiyyət Bakı Metropolitenin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam