Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Amerika heç vaxt İsraili İranın ayağına verməyəcək”

Milli Məclisin yəhudi əsilli deputatı - “Amerika heç vaxt İsraili İranın ayağına verməyəcək”

 

 

İrana qarşı sanskiyaların aradan qaldırılması, İran neftinin dünya bazarına çıxarılması bütün diqqətləri bu ölkəyə çəkib.
Xeberinfo.com:  Eyni zamanda Avropa və Amerika tərəfindən belə bir addımın atılması bu dövlətlərin İranla yaxınlaşması kimi qiymətləndirilməklə yanaşı, İsrailin proseslərdən kənarda qalması kimi də dəyərləndirilir.
Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov Modern.az-a açıqlamasında bildirib ki, İrana qarşı sanksiyaların götürülüb-götürülməməsi Avropa və Amerikanın regionda apardığı siyasətlə uyğunlaşır.  
O qeyd edib ki, İsrailin bu məsələyə qətiyyən mövqeyi lazım deyil və tələb olunmur.   “Çünki İsraillə İran arasında münasibətlər bütün dünyaya məlumdur. Bu ölkə İsrailə qarşı aqressiv mövqe tutub. İranın keçmiş prezidenti Əhməd Nejat vaxtı ilə demişdi ki, İsraili xəritədən silmək vaxtıdır və ya dünyada Xolokost adlı bir hadisə olmayıb. Belə bir xarici siyasət doktiranası tutan ölkə ilə İsrail maraqlanar? Xeyir.  
Ona görə sanksiyaların İrandan götürülüb-götürülməməsi İsraili maraqlandırmır və bu məsələlərin heç mərkəzində də deyil”.   Y.Abramov bildirib ki, Amerikanın siyasətində əbədi maraqlar var. Ona görə Avropa və Amerika İrana qarşı lazım gələndə əzələ nümayiş etdirir, lazım gələndə yumşaq, liberal münasibət bəsləyir.  
“İsrail bölgədə neytral siyasət yeridir. Bu məsələlərdə İranın qabağa gedib İsrailin unudulması haqqında fikirlər yanlışdır. Amerika öz işini yaxşı bilir. İsrailin 6 min illik tarixi var. Avropa İran münasibətləri düzələrsə, bölgədə böyük tarazlıq yaranır. İsrail öz siyasətini elə qurub ki, dünyanın əksər ölkələri onu sevir və hörmət edir. Amerika heç vaxt onu tək qoyan və İranın İranın ayağına verən deyil”.  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam