Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

İcra başçısının “obnaliçka” əməliyyatları: ARAŞDIRMA

      

 

Asif Əsgərovun fəaliyyətində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı ciddi şübhələr var

 

Xeberinfo.com:  Səbail rayon icra hakimiyyətinin sabiq, Nəsimi rayon icra hakimiyyətinin hazırkı icra başçısı Asif Əsgərovun fəaliyyəti ilə bağlı yeni məlumatlar almışıq. Məlumatlarda cənab Əsgərovun Səbail rayonuna rəhbərlik etdiyi dövrdə yol verilmiş qanunazidd əməllərdən bəhs olunur. Ötən həftə dərc etdiyimiz “Hesablama Palatası icra başçısını ifşa etdi: MƏNİMSƏMƏ” sərlövhəli yazıda da qeyd etdiyimiz kimi, Səbail Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələri açıqlandıqdan sonra külli miqdarda büdcə vəsaitinin korrupsiyaya qurban getdiyinə şübhələr yaranmışdı. Belə məlum olurdu ki, Hesablama Palatasının açıqladığı qanunazidd əməliyyatlara görə cavabdeh şəxslərdən biri Asif Əsgərov, digəri isə Səbail rayon mənzil-kommunal təsərrüfatı birliyinin rəisi Elbrus  Əhmədovdur.

 Xatırladaq ki, Asif Əsgərov təxminən altı il ərzində (2009-2015-ci illərdə) Səbail rayon icra hakimiyyətinə rəhbərlik edib. Hesabla Palatasının açıqladığı neqativ məqamlar da məhz Asif Əsgərovun Səbail rayon icra hakimiyyətinin başçısı olduğu dövrü əhatə edir. Bu səbəbdən də məlum faktlara görə də məsuliyyəti ilk növbədə icra hakimiyyətinin başçısı kimi Asif Əsgərov daşımalıdır. Belə də Nəsimi rayonunun hazırkı rəhbərinin məsuliyyətdən kənarda qalması suallar döğurur...

 İndi isə xeberinfo.com-a daxil olmuş yeni məlumatlarla bağlı: Səbail rayon icra hakimiyyətindəki mənbəmizin verdiyi məlumatlarda Asif Əsgərovun rəhbərliyi zamanı bu rayonda baş verən maliyyə pozuntularından bəhs olunur. İddialar görə, 2014-cü ildə Səbail Rayon Icra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərdən təxminən 350 000 manat Mehman Quliyev adlı şəxsin rəhbərlik etdiyi “Dizayn Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vasitəsilə sadəcə olaraq “obnaliçka” olunub. Mənbəmiz bildirir ki, Mehman Quliyev əsasən büdcə təşkilatlarına abadlıq, təmir və müxtəlif materilalların alınması üçün ayrılmış büdcə vəsaitlərinin “obnaliçka” olunmasında məmurlarla işləyən şəxs kimi tanınır. Səbail rayonunda abadlıq işlərinin aparılması üşün ayrılmış 350 min manat da məhz bu şəxsin vasitəsilə “obnaliçka” olunub.

 Xeberinfo.com-a daxil olan digər məlumat görə isə Şamil Qandayevin rəhbərlik etdiyi “Unikal Suppley” MMC-inin hesabına keçirilmiş 120 min manat da xüsusi geyim formaları, mal-materiallar və avtoehtiyat hissələrinin satın alınması adı ilə “obnaliçka” olunub. Mənbəmiz daha sonra bidirir ki, Asif Əsgərovun zamanında Səbail rayonunda həyata keçirilən söküntü işləri də əsasən “JEK”-lərin hesabına həyata keçirilib. Ancaq bu məqsədlə ayrılan vəsait Qusar rayonunda qeydiyyatda olan Məhəmmədəli Rəcəbovun rəhbərlik etdiyi “Dəzgah Servis”  Məhdud Məsuliyyətli Cəmiyyətin vasitəsilə “buxarlanıb”. Bu MMC vasitəsilə mənimsənilən büdcə vəsaitlərinin onmin manatlarla ölçüldüyü iddia olunur. Bütün bu əməliyyatlar Asif Əsgərovun rəhbərliyi dövrünə təsadüf edir...

  Asif Əsgərovun Nəsimi rayonunda da oxşar maliyyə əməliyyatlarını aparması haqqında da məlumatlar dolanır. Mənbəmiz Asif Əsgərovun həm əvvəlki, həm də bugünükü əməliyyatları ilə bağlı bizi bilgiləndirəcəyini, vəd edib. Biz isə həm də dövlət büdcəsindən paytaxt rayonlarının icra hakimiyyətlərinə və onların tabeliyində olan idarə, müəssisə və təşkilatlara “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərdən korrupsiya sxeminin qurbanı olmasında Bakı İcra Hakimiyyətinin nəzdində olan Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rolunu da araşdırmağa çalışacağıq.

Məlumatlarla bağlı adları hallanan şəxsləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz qaldı.

Aydın

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam