Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Eldar Sabiroğlu YAP-dan çıxarılacaq?

eldar-soglu“Bəzi şeylər mən də eşidirəm. İndi yeni asıb-kəsənlər peyda olub…”

“Ramiz Mehdiyev partiyanı inhisara almağa cəhd edirdi, qarşısına hasar çəkildi. Yoxsa indi partiya kabinetlərində onun da portretləri asılmışdı”

Xeberinfo.com:   YAP-ın məşhur üzvlərindən biri, keçmiş deputat və Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlu partiyadan çıxarıla bilər. “Azadlıq” qəzetinə sızan məlumata görə, məsələ YAP İdarə Heyətinin gündəliyindədir. Eldar Sabiroğlu ya İdarə Heyətinin qərarı, ya da yerli təşkilata tövsiyəsi ilə partiya üzvlüyündən məhrum edilməlidir. Qərarın nə ilə əsaslandırılacağı bəlli olmasa da, güman ki, bu, Eldar Sabiroğlunun müəyyən mətbu çıxışları, xüsusən də onun prokurorluq orqanlarından istefa verən oğlu Rüfət Səfərovun hərəkəti ilə bağlıdır.

Eldar Sabiroğlu isə YAP-da onunla bağlı məsələyə baxılacağından xəbərsiz olduğunu və partiyadan çıxarılmasına əsas olacaq hərəkət etmədiyini bildirib. Məlumatla bağlı qəzetimizə danışan Eldar Sabiroğlu deyib:

– Maraqlıdır, bu məlumat haradan çıxıb? Belə bir məlumatım yoxdur. Axı partiyanın nizamnamə və proqramına uyğun gəlməyən elə bir kobud siyasi movqeyə yol verməmişəm ki, hansısa ağır cəzaya layiq görülüm. Mən rəhmətlik Zahid Qaralovla birlikdə ölkədə ilk partiya özəyini yaradan şəxslərdənəm. Bunu çətin dövrlərdə partiyanın təşkilatması işinə rəhmətlik Heydər Əliyevin tapşırığı ilə rəhbərlik edən Əli Nağıyev çox gözəl bilir. Bununla bağlı “Səs” qəzetində informasiyanın verilməsi də onun təşəbbüsü ilə olmuşdur. Qəzet məndədir. Ondan soruşsanız, yəqin ki, təsdiqləmiş olar. Bəzi şeylər mən də eşidirəm. Düzdür, indi yeni asıb-kəsənlər peyda olmuşdur. Onlar partiyadan xaric edilməyimi ürәkdən istəyirlər. Ancaq təəssüf ki, hər şey onların arzusu ilə reallaşmır. Qərarı partiyanın sədri verir. Mən də YAP-ın üzvü kimi hörmətli sədrimiz cənab İlham Əliyevin hər bir qərarını məsuliyyətlə dərk edərək, ona hörmət və ehtiramla yanaşıram. Belə bir sərt qərarın olmasına sözün düzü, inamım gəlmir. Oğluma görə deyirlərsə, bununla bağlı münasıbətim ictimaiyyətə bəllidir.

– Sizin dövlət məmurları, xüsusilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev barədə yazılarınız da birmənalı qarşılanmaylb. Bunun təsirini necə təsəvvür edirisiniz?

– Nə demək istədiyiniz aydındır. Mən Mehdiyev haqda fikirlərimi bildirərkən hakimiyyətə qarşı çıxmağımı heç ağlıma gətirməmişəm. Bu, sadəcə, mümkün deyil. Bir də Ramiz Mehdiyev hakimiyyət, dövlət demək deyil. Bu iki mühüm anlayışı mən yalnız prezident İlham Əliyevin simasında görürəm. Onun hər hansı bir siyasətinə əks mövqe nümayiş etdirməyi, bəli, partiya nizamnamısinə qarşı çıxmaq kimi təsəvvür edirəm. Digərlərini isə tənqid etıməyi mənə heç kim qadağan edə bilməz. Vaxtilə Ramiz Mehdiyev partiyanı inhisara almağa cəhd edirdi. Doğrudur, burada tərəfdarları çox olsa da, bu istəyə nail ola bilmədi, qarşısına hasar çəkildi. Yoxsa indi partiya kabinetlərində Heydər Əliyev və İlham Əliyevlə bərabər onun da portretləri asılmışdı.

– Bəs özünüz necə, partiyada qalıb-qalmamaq barədə nə düşünürsünüz?

– Mən sifətimi dəyişə bilmərəm. Dünya yerindən qopsa da, bu mümkün deyil. Birincisi, buna mənəviyyatım yol verməz, ikincisi, bəzilərindən fərqli olaraq ictimai qınaqdan çox qorxuram. Yalançı mövqelər, baxışlar insanları boğaza yığıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam