Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İsmayıllı hadisələrində ittiham edilənlər aclığa başlayıb

 

 

 

     “Həbs olunan məhbusların yaxınları Prezident Administrasiyası önündə aksiya keçirəcəklər”

 

 

"xeberinfo.com": Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı həbs olunanlar işi üzrə prosesdə dövlət ittihamçısının çıxışına və vəkillərin vəsatətlərinin təmin olunmamasına etiraz olaraq fevralın 24-dən aclıq aksiyasına başlayıblar.

     Təqsirləndirilən şəxs Vasif İbrahimovun vəkili Nəvai Abbasov bildirib ki, aclıq edənlər kütləvi iğtişaşların təşkilində və digər maddələr üzrə özlərini günahkar bilmirlər. Vəkilin sözlərinə görə təqsirləndirilən şəxslər ədalətli qərarın çıxarılmasını istəyiblər.

      Rayon sakini Elçin İsmayıllı bizimlə söhbətində bildirdi ki, təqsirləndirilən Elşən Qurbanov, Vasif İbrahimov, Anar Həsənov, Elşən İsmayıllı, Mirkazım Abdullayev və Cəfər Cəfərov aclığa başlayıblar: “Hətta Elşen Qurbanov məhkəmədə prokurorun çıxışından sonra özünü doğrayacağını demişdi. İsmayilli rayonda ictimaiyyət nümayəndələri, ziyalılar da aclıq aksiyası başlayacaqlar”.

      Elçin İsmayıllının sözlərinə görə, rayon sakinləri Heydər Əliyev mərkəzinın qarşısında da aksiya keçirməyi planlaşdırırlar: “Prokurorun çıxışı, vəkillərin təqdim etdiyi vəsatətlərin məhkəmənin təmin etməməsi, işin qərəzli aparılması insanları hiddətləndirib. Buna görə də həbs olunan məhbusların yaxınları Bakıya gəlib Prezident Administrasiyası önündə aksiya keçirməyi planlaşdırırlar”.

Qeyd edək ki, fevralın 24-də dövlət ittihamçısı yekun sözlə çıxış edib. Prokuror Fuad Musayev ReAL Vətəndaş Hərəkatının sədri İlqar Məmmədovun 8 il, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun 7 il azadlıqdan, digər 16 nəfər İsmayıllı sakininin 4 ildən 9 ilədək azadlıqdan məhrum edilməsini istəyib.

Bütün müttəhimlər Cinayət Məcəlləsinin 220.1 (kütləvi iğtişaşların təşkil) və 315.2-ci maddəsi (polis əməkdaşlarına qarşı zorakılıq) ilə ittiham olunur.

     2013-cü il yanvarın 23-24-də İsmayıllıda kütləvi iğtişaşlar baş verib. Buna səbəb icra başçısına yaxın adamların kobud davranışıdır. Bu, yerli sakinlərin qəzəbinə səbəb olub, onlar “Çıraq” otelini yandırıblar. Sonra şəhərdə polislə rayon rəhbərliyinin istefasını tələb edən sakinlər arasında qarşıdurma yaranıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam