Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda real bazar qiymətləri nə qədərdir?

 

Hökumət 1500 manat deyir, ancaq sökülən evlərin yaxınlığında binalarda məbləğ kompensasiyadan qat-qat yuxarıdır

 

 

   "xeberinfo.com": “Dövlət bu qiyməti havadan götürməyib, bazardakı məzənnələrə uyğun olaraq “Sovetski”də evlərin hər kvadratmetri üçün 1500 manat müəyyənləşdirilib”. Bu sözləri “Media forum”a YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

    Deputatın sözlərinə görə, dövlət məsələni araşdırıb, hesablayıb və ərazidəki evlərin hər kvadratmetri üçün 1500 manat kompensasiya ödənməsinə qərar verib: “Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti ölçmə və qiymətləndirmənin necə aparıldığına dəfələrlə aydınlıq gətirilib, bütün məsələlər konkret və şəffaf aparılıb. Hazırda köçürülən ərazidə yeni tikilmiş çoxmərtəbəli binalarda mənzillər hansı qiymətə satılırsa, köçürülənlərin evləri də həmin qiymətə alınır. Hətta dövlət köçürülənlərin evlərini daha baha alır. Kiçik bir tədqiqat aparmaqla bunu öyrənmək mümkündür. Əraziyə gedib soruşmaqla yeni tikilən binalarda mənzillərin hansı qiymətə satıldığını, köçürülənlərin evlərini dövlətin neçəyə aldığını öyrənib müqayisə etmək mümkündür. Əgər kiminsə evi 5 kvadratmertdirsə, indiyədək 5 kvadratmertdə yaşayıbsa, buna dövlət cavabdeh deyil. Həmin şəxslər aldıqları kompensasiya hesabına gedib başqa yerdən mənzil əldə edə bilərlər”.

   Ancaq sakinlər deputatın dedikləriylə razılaşmırlar. Onlar deyirlər ki, verilən məbləğ bazar qiymətlərindən qat-qat aşağıdır. Deyirlər ki, “Sovetski”də yeni tikilən binalarda mənzillərin kvadratı 5 min manatdır.

Kim haqlıdır? Kvadrata 1500 manat təyin edən hökumət, yoxsa buna etiraz edən vətəndaşlar.

Kiçik bir araşdırma apardıq və məlum oldu ki, nəinki şəhərin mərkəzi, hətta ona yaxın ünvanlarda belə qiymətlər kəllə-çarxdır.  

     Misallara diqqət yetirək. “Sovetski”də olduğu kimi “Qış bulvarı” adı altında sökülən ünvanlarda da evlərin hər kvadrat metri üçün 1500 manat verilmişdi. Həmin əraziyə yaxın yerləşən Səməd Vurğun küçəsində tikilən təzə binada təmirsiz evlərin hər kvadrat metri 2000 manatdan yuxarıdır. Üstəlik, qiymətlər mərtəbədən asılı olaraq dəyişir. Birincidən yeddinci mərtəbələrə qədər olan mənzillər ən baha qiymətə satılır. Yaxud Bakı Ağır Cinayətlər Məhkəməsinin binasının yaxınlığında tikilən (“AFF Mall” ticarət mərkəzinin üstündəki mənzillər nəzərdə tutulur-red) binada təmirli mənzillər 150-200 min manatdan aşağı deyil. Rəşid Behbudov küçəsi “Aqua Park”ın yanında 3-4 otaqlı mənzillər 250-300 min manata satılır.

      Dövlət Statistika Komitəsi ilə üzbəüz “Gilan” İnşaata məxsus Qaya daşınmaz əmlakda təmirsiz mənzillərin kvadratı 2 min manatdan başlayır.

Yasamal rayonu, İzmir parkında təmirsiz evlərin satışı kvadrat metri 1700 manatdan başlayır. 88 kvadratdan az olmayan mənzillərin qiymətlərində mərtəbədən asılı olaraq qiymətlərində qalxma-endirim olur.

Metronun “Elmlər Akademiyası” stansiyası ilə üzbəüz tikilən binanın ərazisində beşmərtəbəli “xruşşovkalar” idi, orada alimlər yaşayırdı. İndi ərazidə “Gilan” İnşaat hündürmərtəbəli bina inşa edir. Sözügedən ünvanda təmirsiz mənzillərin kvadratı 5 min manatdan başlayır. Hüseyn cavid prospektində isə torpağın bir sotu 300 min manat məbləğində dəyərləndirilir.

 

    Nizami küçəsində (“Tarqovı”), metronun “Sahil” və “İçərişəhər” stansiyalarının yaxınlığındakı binalara isə yaxın durmalı deyil. Həmin ərazilərdəki evləri mənzilləri sökülənlər onlara verilən kompensasiya ilə ala bilməz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam