Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"MTN-ə siyasətçi rəhbərlik etməlidir"

“MTN-də kadr dəyişikliyi etməklə hər hansı bir müsbət nəticə əldə etmək mümkün deyil”.

Xeberinfo.com:   Məlumata görə, bu sözləri Milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbər son iki həftə ərzində MTN-də həyata keçirilən həbslərlə müşaiyət olunan kadr dəyişikliklərini Pia.az-a-a şərh edərkən bildirib.
 
Sülhəddin Əkbər mövzu ilə bağlı açıqlamasında bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinə milli təhlükəsizlik sahəsi üzrə mütəxəssis və yaxud da siyasətçi rəhbərlik etməlidir: “MTN-də baş verən dəyişikliklər yanlız o zaman müsbət nəticə verə bilər ki, bütün ölkədə köklü demokratik islahatlar aparılsın. O cümlədən də, MTN daxilində islahatlar aparılsın. Əks təqdirdə, orada kadr dəyişikliyi etməklə hər hansı bir müsbət nəticə əldə etmək mümkün deyil. 
 
Ola bilsin ki, müəyyən müsbət nəticələr olsun, amma bu elə də köklü dəyişikliklərə gətirib çıxara bilməz. MTN Azərbaycan Respublikasının orqanlarından yalnız biridir və bütövlükdə sistemdə demokratik islahatlar aparılmadan, korrupsiyaya son qoyulmadan, demokratik dəyərlərə dayanan siyasət yürütmədən hər hansısa köklü dəyişikliyə nail olmaq mümkün deyil”.
 
Sülhəddin Əkbər həmçinin ölkə prezidentinin fərmanı ilə Milli Təhlükəsizlik Nazirinin birinci müavini vəzifəsinz təyin olunan Mədət Quliyevin MTN kimi strateji bir quruma rəhbərlik etmək üçün yetərli dərərcədə peşəkarlığı ilə bağlı öz fikirlərini bildirib: “Mən, Mədət Quliyevi demək olar ki, tanımıram. Uzun müddət bundan öncə, yəni 1991-ci ilin əvvələrində tanışlığım olub, amma bir yerdə işləməmişik. Ona görə də onun peşəkarlığı barədə bir söz deyə bilmərəm. Amma mən həmişə o fikirdə olmuşam ki, Milli Təhlükəsizlik Nazirliyinə milli təhlükəsizlik sahəsi üzrə mütəxəssis və yaxud da siyasətçi rəhbərlik etməlidir. Çünki orada köklü islahatlara ehtiyac var. Bunun üçün də, ölkədə bütövlükdə demokratik, siyasi, iqtisadi, müdafiə təhlükəsizliyi sahəsində islahatlara ehtiyac olduğunu düşünürəm. Əgər bir struktur əyri qurulubsa, onun rəhbərliyinə kimin gətirilməsinin xeyri yoxdur”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam