Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Azərbaycan ən vacib tərəfdaşımızdır"

Oktyabrın 26-da Azərbaycan və Almaniya arasında Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfovla Almaniya Federativ Respublikasını Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndəsi Andreas Peşke arasında görüş keçirilib.

 

"Xeberinfo.com":   XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, X. Xələfov Azərbaycanın Almaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edərək, siyasi məsləhətləşmələrin növbəti mərhələsinin ikitərəfli münasibətlərin və siyasi dialoqun daha da güclənməsinə xidmət etdiyini bildirib.

Son dövrlərdə Azərbaycana qarşı atılan addımların, o cümlədən Avropa Parlamentinin və Almaniya Bundestaqının qərəzli qətnamələrinin Azərbaycanın Almaniya ilə münasibətlərinin inkişafına xidmət etmədiyini deyən nazir müavini ölkələrimiz arasında siyasi dialoqun daha səmərəli olması üçün bəzi məsələlərlə bağlı mövqelərin korrektə edilməsinə ehtiyac olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsi və onun doğurduğu fəsadlar haqqında danışan X. Xələfov münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin qaneedici olmadığını bildirib. O əlavə edib ki, Avropanın aparıcı dövlətlərindən biri kimi Almaniya münaqişənin həlli istiqamətində daha fəal siyasət həyata keçirməsi faydalı olardı.

Nazir müavini ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi layihələr haqqında məlumat verərək, həmin layihələrdə alman şirkətlərinin daha fəal iştirakının arzu olunduğunu vurğulayıb, Almaniyanın iqtisadiyyat və enerji nazirinin Azərbaycana gələcək səfərinin iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini bildirib. İki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi, tələbə mübadiləsinin təşkilinin əhəmiyyəti barədə danışan X. Xələfov humanitar sahədə əməkdaşlıq üçün də yüksək potensial olmasına əminliyini ifadə edib.

Öz növbəsində, A. Peşke Azərbaycanın regionda Almaniyanın ən vacib tərəfdaşı olduğunu vurğulayaraq, təmsil etdiyi dövlətin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mövqeyinin dəyişməz qaldığını bildirib. İki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafından bəhs edən A.Peşke son illər ərzində həyata keçirilmiş səfərlərə toxunaraq, iki ölkə arasında təmasların artmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı göstərici olduğunu qeyd edib. Almaniyalı diplomat ölkəsinin Azərbaycanla bütün sahələrdə, xüsusilə iqtisadi sahədə sıx əməkdaşlıq etmək niyyətini ifadə edərək, iki ölkə arasında siyasi dialoqun davamlı olmasında Almaniyanın da maraqlı olduğunu nəzərə çatdırıb.

Alman iş adamlarının Azərbaycana daha çox sərmayə qoyulmasına maraq göstərdiyini qeyd edən alman diplomat 2012-ci ildən fəaliyyət göstərən Alman-Azərbaycan Xarici Ticarət Palatasının ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün faydalı platforma olduğunu bildirib. Mədəniyyət sahəsində əməkdaşlığı xalqları bir-birinə bağlayan vacib amil kimi qiymətləndirən A.Peşke Azərbaycanda alman dili və mədəniyyətinə böyük marağın mövcud olduğunu, MDB məkanında yalnız Azərbaycanda, Slavyan Universiteti nəzdində alman dili üzrə institutun fəaliyyətə başladığını qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam