Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Azay Quliyevin daha bir rəqibi geri çəkildi

 

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa daha bir namizəd - Kənan Eminbəyli kampaniyadan çəkildiyini bəyan edib. K.Eminbəyli bu qərarı seçkidə rəqibi Azay Quliyevin ən şanslı olması ilə əlaqələndirib. 

"Xeberinfo.com":   Məlumata görə, bununla bağlı K.Eminbəyli bəyanat yayıb. Bəyanatda vurğulanır ki, o, Azay Quliyev kimi güclü rəqibi olacağını gözləmirdi: 

“Deputatlığa namizədliyim irəli sürüləndə seçkidə rəqiblərimin kim olacağı hələ bəlli deyildi. O cümlədən, hörmətli millət vəkilimiz Azay Quliyev kimi güclü namizədlə seçkidə alternativ olacağımı gözləmirdim. Azay Quliyev deputat kimi həm uğurlu fəaliyyəti olan, həm də ölkəmizi beynəlxalq qurumlarda ləyaqətlə, peşəkarlıqla təmsil edən millət vəkillərimizdəndir. Onun seçki təbliğat kampaniyası da çox uğurla, effektiv şəkildə aparılır. Seçicilərin Azay Quliyevə böyük rəğbəti açıqca hiss olunur. Bu səbəbdən onun seçkidə qələbəsi şübhə doğurmur. 

Bu reallığı nəzərə alaraq, namizədliyimi geri götürürəm və mənə səs verəcək təəssübkeşlərimi, bütün seçiciləri hörmətli Azay Quliyevə səs verməyə çağırıram”. 

K.Eminbəyli qeyd edib ki, Azay Quliyevin uğurlu deputat fəaliyyətini 8 saylı Binəqədi Seçki Dairəsində də davam etdirəcəyinə əmindir. 

Xatırladaq ki, K.Eminbəylidən əvvəl sözügedən dairədən digər qeydə alınmış namizədlər - professor Qüdrət İsaqov və Babək Abdullayev də namizədliyini Azay Quliyevin xeyrinə geri götürmüşdü. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam