Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rüfət Quliyev seçkini pulunun hesabına udmaq istəyir

 

73 saylı Lənkəran şəhər seçki dairəsində qəribə vəziyyət yaranıb, iki rəqib fərqli kampaniya aparır, kimin qalib gələcəyi məlum deyil

"Xeberinfo.com":   Məlumata görə,  JAM.AZ xəbər verir ki, maraqlı vəziyyətin yaranmasına səbəb iki namizədin bir birindən fərqli yollarla deputat seçilmək üçün çalışmalarıdır. 

Həmin namizədlərdən biri Hüseyn Cavadzadədir. 1985-ci il təvəllüdlü bu gənc oğlan aktiv şəkildə kampaniyalar təşkil edir, görüşlər keçirir. Hətta bu kampaniyası o qədər irəliləyib ki, onun fotosu olan nəhəng posterlər Lənkərandakı binalardan asılıb. Bundan əlavə, onun əhali arasında uğur qazanmasının səbəbi heç də özünün göstərdiyi xidmətlər deyil. JAM.AZ bildirir ki, Hüseyn Cavadzadə məşhur uroloq Cavad Cavadzadənin nəvəsidir. Onun belə bir şəxsiyyətin nəvəsi olması təbii ki, Lənkəranda bir sıra üstünlüklər tanıyır. 

Bu əsnada onu da bildirək ki, Lənkəran əhalisinin böyük bir qismi Rusiyada yaşayır. Onların şəhərin əhalisinin yaşamasında rolları böyükdür. Mütəmadi olaraq işlədikləri Rusiyada qazandıqları pulları ailələrinə, qohumlarına göndərərək, onların dolanışıqlarını təmin edirlər. JAM.AZ xəbər verir ki, Rusiyada yaşayan lənkəranlılar hələ seçkidən bir ay qabaq Facebokkda “Lənkəran 2015” adlı səhifə yaradaraq, aktiv təbliğat aparırdılar. Düzdür bu təbliğat əsasən Hadı Rəcəblinin tənqidi üzərində qurulmuşdu. Hazırda isə həmin səhifənin yaradıcıları aktiv şəkildə Hüseyn Cavadzadəni dəstəkləyib, təbliğatını aparırlar. 

73 saylı Seçki Dairəsindən namizəd olan Rüfət Quliyev isə bir dəfə seçilib, hazırda isə deputat mandatı daşıyır. JAM.AZ xəbər verir ki, Quliyev həmçinin “Europena Tobacco” şirkətinin rəhbəridir. Kifayət qədər varlı olan deputatın apardığı təbliğat demək olar ki, diqqəti çəkmir. Şəhərdə özünə yaxın 5-6 nəfərlə görüşərək, onlar qarşısında çıxış edir. 

Məlumatlarda deyilir ki, Rüfət Quliyev seçkiləri pulunun gücünə udmaq istəyir. Məsələn, iddialara görə, o, Məntəqə Seçki Komissiyasın üzvlərinə “şirinlik” kimi 200 manatdan pul paylayıb. Bundan başqa, eyni dairədən seçkilərə qatılmış bəzi namizədlərin geri çəkilməsi üçün 20 min manatdan pul xərcləyib. Bir digər misal olaraq, onun seçki gününə az qalmış MnSK-lara bir qədər də pul verəcəyinə dair iddiaları da göstərmək olar. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam