Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"YAP ödənişsiz efirdən imtina etməyib"

 

Hakim Yeni Azərbaycan Partiyası ödənişsiz efir vaxtından imtina edilməsi ilə bağlı xəbərlərə yenidən aydınlıq gətirib.

 

"Xeberinfo.com":   YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov azvision.az-a açıqlamasında deyib ki, bu barədə hələlik partiyanın rəhbər sturkturu rəsmi qərar qəbul etməyib. 

Onun sözlərinə görə, qanunvericilikdə qeyd olunur ki, siyasi partiyanın 60-dan artıq dairədən namizədi qeydə alınarsa, ödənişsiz efir vaxtı əldə edə bilər və partiya şəkilində vahid təbliğat apara bilər: 

“Yeni Azərbaycan Partiyasının 116 dairədən irəli sürdüyü namizədlər müvafiq Dairə Seçki Komissiyaları tərəfindən qeydə alınıb. Yəni, partiya olaraq bizim hüququmuz var ki, ödənişsiz efir vaxtından istifadə edək. Ancaq, Yeni Azərbaycan Partiyası alternativliyin təmin olunmasını istəyir. Təəssüflər olsun ki, digər siyasi partiyalar kifayət qədər namizəd irəli sürə bilmir və verdikləri namizədlərin indiyə qədər olan qeydə alınma sayı göstərir ki, bizə hər hansı bir alternativ partiya olmayacaq. Belə olan tərzdə, ötən seçkilərdəki təcrübəni də nəzərə alsaq, partiyanın rəhbər strukturu ödənişsiz efir vaxtından imtina barədə qərar qəbul edir. Ancaq, bu günə qədər bu qərarı rəsmi qəbul etməmişik. Əgər partiya bununla bağlı qərar qəbul etsə, Mərkəzi Seçki Komissiyasına öz müraciətimizi göndərəcəyik”. 

S. Novruzov qeyd edib ki, YAP ödənişsiz efir vaxtından imtina etmə ilə rəsmi qərar versə, bunu deputatlığa namizədlərin qeydə alınması prosesi yekunlaşdıqdan sonra açıqlayacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam