Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

"Azərbaycan əməkdaşlığa açıqdır"

 

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin qlobal imkanlara cəlb edilməsi”nə dair yüksək səviyyəli forumda çıxış edib.

 

"Xeberinfo.com":  XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir bildirib ki, dənizə çıxışı olmayan ölkə kimi Azərbaycan davamlı və hərtərəfli inkişafa nail olmaq və iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək üçün dünya iqtisadiyyatına inteqrasiyaya hər zaman mühüm siyasi seçim kimi baxıb. O qeyd edib ki, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) statistik göstəricilərinə əsasən, Azərbaycanın dənizə çıxışı olmayan ölkə olaraq inkişaf dəyəri 11,24%-ə bərabərdir.

“Azərbaycan uzunmüddətli iqtisadi davamlılıq məqsədlərinin uğurla həyata keçirilməsi baxımından strateji istiqamət kimi dənizə çıxışı olmayan İEOÖ üçün Vyana Fəaliyyət Proqramını alqışlayır. Biz inanırıq ki, proqramın həyata keçirilməsini təşviq etmək üçün iştirakçı dövlətlərin birgə fəaliyyəti dənizə çıxışı olmamaq probleminin qarşılıqlı faydalı əməkdaşlıq imkanlarına çevrilməsinə yardım edəcək. Ötən bir neçə il ərzində, Azərbaycan informasiya və kommunikasiya texnologiyaları (İKT), nəqliyyat və enerji sahələrində regionun inkişaf səylərini qarşılamaq üçün regionun böyük potensialının aşkar edilməsinə töhfə vermiş bir sıra önəmli təşəbbüslə çıxış edib.

UNESCAP-a əsasən, Azərbaycan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında ən güclü trans-sərhəd bağlantıya və yüksək inkişaf etmiş İKT sektoruna malikdir. Nəticə etibarilə Azərbaycan xüsusilə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin həyata keçirilməsi ilə region üçün mühüm İKT mərkəzinə çevrilib. TASİM həm Avrasiya boyunca genişzolaqlı bağlantının yaradılması, İKT infrastrukturunun inkişafı və elektron ticarətin təşviq edilməsinə dəstək olacaq, həm də rəqəmsal uçurumun region hüdudlarından kənarda aradan qaldırılmasına töhfə verməkdə davam edəcək”. 

Ölkəmizin Tarixi Böyük İpək Yolunun bərpası Avropa və Asiya arasında iqtisadi əlaqələrin gücləndirilməsində strateji rola malik olduğunu deyən nazir qeyd edib ki, Azərbaycanın müasir nəqliyyat-tranzit infrastrukturu tərəfdaşları üçün sərnişin və yüklərin beynəlxalq daşınması üçün daha etibarlı, davamlı və iqtisadi baxımdan səmərəli marşrutla təmin etmək və multimodal nəqliyyatın həcmini artırmaqla regionlararası və regiondaxili ticarətin genişləndirilməsinə müstəsna şərait yaradır. Onun sözlərinə görə, Azərbaycan qonşu Türkiyə və Gürcüstanla birgə tərəfdaşlıq çərçivəsində Avropa və Asiya arasında ən qısa nəqliyyat bağlantısı olan Bakı-Tiflis-Qars dəmir yolunu dəstəkləyib və maliyyələşdirir, habelə yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanını uğurla istismara verib. Nazir onu da vurğulayıb ki, Azərbaycanın bu yaxınlarda Dəmir yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilata qoşulması Asiya və Avropa arasında sərnişin və yüklərin dəmir yolu ilə beynəlxalq daşınması üçün vahid çərçivə yaradacaq.

Azərbaycanın regional enerji təhlükəsizliyinə töhfəsi baxışının əsas təməlini təşkil etdiyini deyən E. Məmmədyarov qeyd edib ki, Azərbaycan trans-regional əhəmiyyətə malik bir sıra enerji layihələrinin təşəbbüsündə öz liderliyini nümayiş etdirib. “Azərbaycan tərəfindən irəli sürülən layihələr regionda sosial-iqtisadi tərəqqiyə təkan verib və həmçinin ölkə sərhədlərindən kənara yayılmasına müsbət təsir göstərib. Bu baxımdan, Cənubi Qaz Dəhlizinin təşəbbüskarı kimi biz Avropanın enerji təhlükəsizliyinə töhfənin həm regionun digər enerji istehsalçıları, həm də istehlakçı və tranzit ölkələr üçün qarşılıqlı faydalı olduğuna inanırıq. Mən ölkəmin regional əməkdaşlıqdan tam olaraq faydalanmasına mane olan mühüm problemi qeyd etməyə bilmərəm. Bu çağırış beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozmaqla Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən çoxsaylı insan itkiləri ilə nəticələnən, yüz minlərlə mülki şəxsi öz evlərini tərk etməyə məcbur edən, ölkə infrastrukturunun xeyli hissəsini məhv edən və ciddi iqtisadi çətinliklər yaratmaqda davam edən işğalı ilə bağlıdır. Mən yekunda bildirmək istərdim ki, Azərbaycan regionun sosial-iqtisadi tərəqqisinə bundan sonra da töhfə verməklə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr çərçivəsində konstruktiv dialoq və əməkdaşlığa açıqdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam