Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ana Vətən Partiyası seçkilərə 22 namizədlə gedir

Ana Vətən Partiyası növbəti parlament seçkilərinə 22  namizədlə gedir.

"Xeberinfo.com":   Məlumata görə, bu haqda modern.az-a açıqlama verən Ana Vətən Partiyası təşkilat şöbəsinin, eyni zamanda partiyanın parlament seçkiləri üzrə seçki qərargahının rəisi Azər Quluzadə bildirib ki, seçkilərdə iştirak barədə ümumi razılıq var idi: “Bütövlükdə partiyanın rayon və şəhər təşkilatlarının ümumi yığıncağında ilkin olaraq təxminən 71 nəfərin namizədliyi müəyyənləşmişdi. Amma sentyabrın 1-də Mərkəzi Şuranın iclasında bu namizədlərdən daha şanslı olan 22 nəfərin üzərində dayanılıb. Artıq 22 nəfərdən 19-u dairə seçki komissiyalarına müvafiq sənədlərini verib, əksəriyyəti imza vərəqələrini götürüb və imza toplama kampaniyası gedir”.

Azər Quluzadə bildirib ki, partiyanın sədri Fəzail Ağamalı 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyini irəli sürüb: “Hesab edirik ki, seçkilərdə normal nəticə əldə edə biləcəyik”.

Ana Vətən Partiyasının 22 nəfərin hansı dairələrdən namizəd olduğunu təqdim edirik:

Qurbanov Azər Kamil oğlu - 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən 
Hüseynov Əziz Qabil oğlu -26 saylı Sabunçu birinci seçki dairəsindən 
Əliyev Elxan Böyükağa oğlu - 27 Sabunçu ikinci seçki dairəsindən 
Muradzadə Taryiel Sevindik oğlu - 33 saylı Suraxanı ikinci seçki dairəsindən 
Hüseynov Məhərrəm Bağır oğlu - 35 saylı Xətai üçüncü seçki dairəsindən 
Novruzov Mehdi Qafar oğlu - 41 saylı Sumqayıt birinci seçki dairəsindən 
Həsənov Nemət Məhərrəm oğlu - 42 saylı Sumqayıt ikinci seçki dairəsindən 
Qurbanov Qamətdin Muradxan oğlu - 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən 
Həzrətquliyeva Zülfiyyə Srayil qızı - 46 saylı Şirvan seçki dairəsindən 
Muradəlizadə Nazim baba oğlu - 54 Şabran-Siyəzən seçki dairəsindən 
Ağamalı Fəzail Rəhim oğlu - 60 saylı Salyan-Neftçala seçki dairəsindən 
Cavadov Malik Təriş oğlu - 62 saylı Saatlı seçki dairəsindən 
İsmayılov Rahim Əli oğlu - 65 saylı Saatlı-Sabirabad - Kürdəmir seçki dairəsindən 
Hacızadə Yalçın Akif oğlu - 66 saylı Biləsuvar seçki dairəsindən 
Quluzadə Azər Balabəy oğlu - 67 saylı Cəlilabad şəhər seçki dairəsindən 
Şəfaqətov Şahrza İslam oğlu - 76 saylı Lənkəran-Astara seçki dairəsindən 
Hüseynov Nəsrəddin Ərizə oğlu - 78 saylı Lerik seçki dairəsindən 
Hacıyev Tanrıverdi Ramazan oğlu - 93 saylı Bərdə şəhər seçki dairəsindən
Hüseynov Afiq Fərman oğlu -118 saylı Ağdam şəhər seçki dairəsindən


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam