Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Prezident Ərdoğana başsağlığı verdi

 

Azərbaycan prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyədə baş verən terror aktı ilə bağlı başsağlığı məktubu göndərib.

"Xeberinfo.com":   Məlumata görə, məktubda deyilir: "Hakkari vilayətinin Dağlıca bölgəsində törədilmiş terror aktı nəticəsində çoxsaylı türk hərbçilərinin şəhid olması və yaralanması xəbəri məni son dərəcə kədərləndirdi.

Türkiyə xalqı əmin ola bilər ki, bu terror hadisələrini törədənlər heç vaxt öz çirkin məqsədlərinə çata bilməyəcəklər.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam