Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Bəzi yerli elektron KİV-lər qeyri-dəqiq məlumatlar yayırlar"

 

 

"Bəzi yerli elektron KİV-lər Silahlı Qüvvələrimizin itkilər verməsi barədə mənbəyi bəlli olmayan, qeyri-dəqiq, şayiə səviyyəsində olan məlumatlar yayırlar".

"Xeberinfo.com":   Məlumata görə, bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. 

Qeyd edilib ki, Ermənistanın maraqlarına xidmət edən bu kimi xəbərlər təmas xəttində qarşıdurma zamanı erməni hərbi bölmələrinin ciddi itkilər verdiyi zamanda ortaya atılmaqla, Azərbaycanın hərbi uğurlarına kölgə salmaq məqsədi daşıyır: "Məlumatımıza görə, yalnız avqust ayı ərzində düşmən 18 hərbi qulluqçusunu itirib və 50-yə yaxın yaralısı var. Rəsmi təsdiqlənməmiş, şişirdilmiş, çox zaman səhv olan, real vəziyyəti düzgün əks etdirməyən xəbərləri tirajlamaqla, erməni dəyirmanına su tökməyə can atan bəzi insanların milli mənşəyi də artıq şübhə doğurmağa başlayır. Müdafiə Nazirliyi cəbhəboyu zonada baş verən hadisələrlə bağlı təhlükəsizlik baxımından ictimailəşdirilməsi məqsədəuyğun olan istənilən xəbərləri mütəmadi açıqlayır. Eyni zamanda bu tip xəbərlərin yayımlanmasına həssaslıqla yanaşılmasını növbəti dəfə tövsiyə edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam