Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Seçkilərə hər kəs konstruktiv əməkdaşlıq etməlidir"

 

Bundan sonra Mərkəzi Seçki Komissiyası fəaliyyətini daha da gücləndirməlidir.

 

"Xeberinfo.com":  Məlumata görə, bunu MSK sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bu gün seçkilərin keçirilməsində kifayət qədər nailiyyətlər əldə edilib: “Hesab edirəm ki, seçkilərə uğurla başlayırıq. Bütün şərait var. Ölkədə ictimai-siyasi sabitlik var, ictimaiyyət kifayət qədər maarifləndirilib, seçkilərin təşkilində peşəkar insanlar var”.

M.Pənahov seçkilər zamanı hansısa xoşagəlməz halların baş verə biləcəyini də istisna etməyib.

Onun sözlərinə görə, xoşagəlməz halların olmasından heç kim sığortalanmayıb: “Burada milyonlarala insan səs verir. Burada xoşagəlməz halların olması təbii haldır. Ancaq seçki komissiyaları üzvlərinin işi ondan ibarətdir ki, bu cür hallara vaxtında və adekvat reaksiya versin”.

M.Pənahov bildirib ki, seçkilərə aidiyyatı olan bütün qurumlar, o cümlədən yerli və beynəlxalq müşahidəçilər bu məsələdə öz töhfəsini verməlidir, hər kəs konstruktiv əməkdaşlıq etməlidir.

M.Pənahov həmçinin yerli və beynəlxalq müşahidəçilərə çağırış edib. O bidirib ki, Seçki Məcəlləsi tələb edir ki, müşahidəçi ancaq özü gördüyünü qeyd etməlidir: “Əgər müşahidəçi nəyisə başqasından eşidirsə, onu qeyd etməlidir ki, o bunu özü görməyib, eşidib. Eşidilib yazlan məsələ müşahidə deyil. Müşahidəçinin vəzifəsi yalnız öz müşahidə etdiyi məntəqə ilə bağlı məlumat verməkdir. Bütün tərəflər konstruktiv əməkdaşlıq etmək niyyətini ortaya qoymalıdır. Hamı çalışmalıdır, əlindən gələn işi görməlidir ki, seçkilərin nəticələri şübhə doğurmasın. Ola bilsin ki, mən beynəlxalq qurumlara bununla bağlı rəsmi məktub yazım”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam