Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“ABŞ Azərbaycanın strateji müttəfiqlərindən biridir”

 

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ-ın Nyu Həmpşir ştatının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb
"Xeberinfo.com":   Parlamentdən APA-ya verilən məlumata görə, komitə sədri iki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən danışıb. O qeyd edib ki, ABŞ Azərbaycanın strateji müttəfiqlərindən biridir: 

“Hər iki tərəf siyasi, iqtisadi, mədəni, ticari əlaqələrin genişləndirilməsində maraqlıdır. Azərbaycan Birləşmiş Ştatların ayrı-ayrı ştatları ilə əməkdaşlıq edir, xüsusilə Nyu Həmpşir və Nyu Meksika ştatları bizimlə daha sıx münasibətlər qurmağa can atırlar. Ölkələrimiz strateji sahələrdə, o cümlədən enerji təminatı və terrorizmlə mübarizə sahələrində yaxından əməkdaşlıq edir”.
 
Görüşdə ABŞ nümayəndə heyətinin üzvləri Süzan Emerson, Romeo Danais, Bekki Fild, Mari Balkom, Barbara Fridman ölkəmizə səfərdən məmnunluqlarını bildiriblər. Azərbaycanlıların qonaqpərvərliyinə, milli mətbəximizə, paytaxtın müasir gözəlliyinə, Azərbaycanda gördükləri quruculuq işlərinə və tərəqqiyə valeh olduqlarını vurğulayıblar. Nyu Həmpşir ştatı ilə Azərbaycan arasında daha sıx və daha çoxtərəfli əlaqələrin qurulmasına dair mülahizələrini bildiriblər.
 
Görüşdə iştirak edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Asim Mollazadə və Sahibə Qafarova Cənubi Qafqazda lider ölkə olan Azərbaycanın tarixən Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olduğundan, əldə etdiyi siyasi-iqtisadi uğurlardan, regionda reallaşdırdığı irimiqyaslı layihələrdən söz açdılar, gender məsələləri, xalqımızın tolerantlığı, Ermənistanın təcavüzü nəticəsində qarşılaşdığımız problemlər, Xocalı soyqırımı barədə danışıblar. 
Nümayəndə heyətinin başçısı, ABŞ-ın Müdafiə və kosmik texnologiyalar üzrə dövlət nümayəndəsi Cek Balkom böyük iqtisadi potensiala malik Azərbaycanla əməkdaşlıq etmək istədikləri sahələri açıqlayıblar. Söhbətdə beynəlxalq aləmdəki siyasi vəziyyətə toxunulub, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Belə görüşlərin ölkələrimiz arasındakı əlaqələrin dərinləşməsinə təkan verəcəyi diqqətə çatdırılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam