Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Azərbaycan çoxdan öz xarici siyasət prioritetlərini müəyyənləşdirməli idi ki, bu gün çarpaz atəş altında qalmasın”

 

“Böyük Britaniyanın çox nüfuzlu  “Chatham House”  təşkilatının Qarabağ seperatçılarının liderini dəvət etməsi Azərbaycana çox ciddi mesajdır”.
"Xeberinfo.com":  Məlumata görə,bu sözləri politoloq Ərəstun Oruclu soyuq savaş həddində olan Qərb-Rusiya münasibətlərinin Azərbaycana təsirini şərh edərkən bildirib.
PİA.AZ-ın əməkdaşına danışan Ərəstun Orucluhesab edir ki, Qərb-Rusiya münasibətləri artıq soyuq savaş həddini də aşıb:
“Qərb-Rusiya münasibətləri artıq soyuq savaş həddində də o tərəfə keçir. ABŞ-da qəbul edilmiş yeni hərbi doktrinada ABŞ-a hərbi təhdid yaradan güclər kimi İŞİD və Rusiya göstərilib. Şübhəsiz ki, Rusiya tərəfindən də adekvat addımlar atılacaq. Yaxın zamanlarda Rusiya-ABŞ, Rusiya-Qərb  münasibətlərində müsbət irəliləyişlərin olacağını gözləməyə dəyməz. Çünki doktrina elə bir sənəddir ki, o strateji sənəddir və bir neçə il on illiyin siyasətini müəyyənləşdirir. Belə olan halda Azərbaycanın durumu çətinləşəcək. Çünki yuxarıda qeyd etdiyimi doktrinaya əsasən,  ABŞ maksimal dərəcədə çalışacaq ki, Rusiyanın təsir dairəsini daraltsın.  O cümlədən biz  artıq possovet məkanında - Ukraynada, Ermənistanda nələr baş verdiyini görürük. Qırğızstanda sabitlik yoxdur, narahatlıqlar mövcuddur. Buna görə Rusiya da çalışacaq ki, öz təsir dairəsini heç olmasa possovet ölkələrə mütləq şəkildə yaya bilsin. Bu isə bir çox possovet ölkələrində, eyni zamanda Azərbaycan və Azərbaycan ətrafında da gərginlik yaradacaq.  Azərbaycan onsuz da dünyanın qeyri-sabit nöqtələrindən birinə - Yaxın Şərqə çox yaxındır. Coğrafi baxımdan bizi İran ayırır. Lakin Suriyada, İraqda artıq azərbaycanlılar döyüşürsə, bir çox mətləblərdən xəbər verir. Hər halda düşünürəm ki, gərginlik artacaq. 
Bu gün Azərbaycan hakimiyyətində də güclü bir qruplaşma çox kəskin və barışmaz anti-Qərb mövqeyi tutub. Ehtimal etmək olar ki, Qərb dövlətləri, Avropa Birliyi dövlətləri, ABŞ bu mövqeyə uzun müddət etinasız qala bilməyəcəklər və artıq qalmırlar. Məsələn, Böyük Britaniyanın çox nüfuzlu  “Chatham House”  təşkilatının Qarabağ seperatçılarının liderini Britaniyaya dəvət etməsi Azərbaycana çox ciddi mesajdır. 

Ərəstun Oruclu: “Bu gün Azərbaycan hakimiyyətində də güclü bir qruplaşma çox kəskin və barışmaz anti-Qərb mövqeyi tutub”.

Bundan başqa, AŞPA-da qəbul edilmiş qətnamə və Qarabağla bağlı dəyişiklik də bura daxildir. Azərbaycan çoxdan öz xarici siyasət prioritetlərini müəyyənləşdirməli idi ki, bu gün çarpaz atəş altında qalmasın. Məsələ burasındadır ki, heç Rusiya da Azərbaycana etibarlı tərəfdaş deyil. Rusiya ümumiyyətlə etibarlı tərəfdaş deyil. Azərbaycandakı Rusiya tərəfdarları geniş təbliğat aparmağa başlayıblar ki, guya Rusiya ilə əməkdaşlıq müqabilində Qarabağın işğal olunmuş bir sıra rayonları geri qaytarılacaq, amma biz gördük ki, Rusiya Ermənistandakı iğtişaşlara görə Yeravana 200 milyon dollarlıq silah verdi. Bu silah kimə qarşı yönələcək? Təbii ki, bizə qarşı. Demək istədiyim odur ki, artıq xarici siyasət prioretlərini müəyyənləşdirmə mərhələsi ötürülüb deyə Azərbaycanı ciddi problemlər gözləyir. Düşünürəm ki, hakimiyyət də bunu nəzərə alır və son zamanlar yanlış olmasına baxmayaraq müəyyən gedişlərdə də bunu anlayır. 
Politoltq həmçinin yaxın zamanda Azərbaycan la Qərb arasında yaranan soyuqluğun iqtisadi əməkdaşlığa da təsir edəcəyini istisna etməyib:
“Məncə, çox yaxın zamanlarda Azərbaycanla Qərb arasındakı soyuq münasibətlər gələcəkdə iqtisadi əməkdaşlığa təsir göstərəcək. Başqa cür mümkün deyil. Hesab edirəm ki, AŞPA-da Azərbaycanla bağlı son qəbul olunmuş qətnamə sanksiyalara yol açan qətnamədir və mümkündür ki, yaxın aylarda Azərbaycana qarşı sərt sanksiyalar başladılsın”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam