Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Millət vəkilləri ATƏT PA-nın yay sessiyasında iştirak edəcək

 

İyulun 4-də Milli Məclis deputatları vitse-spiker Bahar Muradovanın başçılığı ilə ATƏT PA-nın iyirmi dördüncü - illik yay sessiyasında iştirak etmək üçün Finlandiyanın Helsinki şəhərinə səfərə yola düşəcək

 

"Xeberinfo.com":   Milli Məclisin saytında verilən məlumata görə, nümayəndə heyətinə aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, milli Məclisin deputatı Azay Quliyev və deputat Ağalar Vəliyev daxildir.
 
Daimi komitənin iclasında ATƏT PA-nın sədri İlkka Kanerva,  qurumun baş katibi Spenser Oliver və digər rəsmi şəxslər çıxış edəcəklər. Komitədə qurumun maliyyə hesabatı dinləniləcək, bir sıra təşkilati məsələlərə baxılacaq, o cümlədən prosedura uyğun olaraq ATƏT PA-nın yeni baş katibi seçiləcək. 
Bundan başqa, plenar iclasda “Helsinki + 40: gələcəyin ATƏT-in yaradılması” qətnamə layihəsinə baxılacaq, Rusiya Federasiyasının ATƏT çərçivəsindəki öhdəlikləri barədə fikir mübadiləsi aparılacaq.
 
Sessiya çərçivəsində ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər, siyasi məsələlər və təhlükəsizlik, iqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə ümumi komitələrinin iclasları keçiriləcək. Həmin iclaslarda Azay Quliyev müəllifi olduğu “ATƏT regionundakı dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə hörmət” qətnamə layihəsini təqdim edəcək, daha sonra ekoloji çağırışlar, təhlükəsizliyin hərbi-siyasi aspektləri, insan alveri ilə mübarizədə cavabdehlik məsələləri müzakirə olunacaq. Silahlı münaqişələr nəticəsində itkin düşənlərin, həmçinin acınacaqlı vəziyyətə düşmüş qadın və qızların məsələsi gündəmə gətiriləcək. ATƏT bölgəsindən olan əcnəbi döyüşçülər–terrorçularla bağlı qanunvericiliyin kompleks islahatına diqqət yönəldiləcək. Beynəlxalq aləmdə neonasizm meyllərinin qarşısının alınmasına dair qurumun üzvləri tərəfindən birgə tədbirlərin hazırlanması və icrası barədə  məruzələr dinləniləcək, diskussiya aparılacaq.
 
Səfər iyulun 10-da başa çatacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam