Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“ABŞ səfiri gedib kommunistlərlə görüşür”

 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Robert Sekuta Bakıya gəldikdən sonra bir neçə partiya rəhbəri ilə təmasda olub.

"Xeberinfo.com":   Məlumata görə, səfir hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri və bəzi müxalifət təşkilatlarının rəhbərləri ilə görüşlər keçirib.

Robert Sekutanın görüşdüyü partiya rəhbərlərinin siyahısında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun olmamağı diqqət çəkir.

Məsələ ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu Modern.az saytına açıqlamasında bildirib ki, ABŞ səfiri Azərbaycana gələndə ona təbrik məktubu göndəriblər.

“Məktubda görüşmək istədiyimizi də bildirmişdik. Lakin səfirin bizimlə nəyə görə görüşmədiyini yalnız səfirlik izah edə bilər”,-deyə o qeyd edib.

Sərdar Cəlaloğlu deyib ki, ADP  yeni səfirin kim olmasını, Azərbaycanla bağlı fikirlərini, hansı siyasət aparacağını öyrənməkdə maraqlı olub.

“Amerika səfirinin Azərbaycanla bağlı mövqeyinin nədən ibarət olduğunu, fəaliyyəti dövründə Azərbaycanda hansı işlər görmək istədiyini, bizimlə əməkdaşlığı hansı səviyyədə edə biləcəyi kimi məsələlərin aydınlaşdırılmasında maraqlı idik. Eyni zamanda, özümüzün müəyyən fikirlərimizi, Azərbaycan- Amerika münasibətləri ilə bağlı ideyalarımızı səfirlə bölüşmək istərdik. 
Amma bu, bizim istəyimiz olaraq qalır.

Əgər səfirin belə bir istəyi yoxdursa, biz nəsə deyə bilmərik. Bunun səbəbi ilə nə mən maraqlanıram, nə də məni narahat edir. Səfir diplomat olan bir insandır. O, öz qərarlarında müstəqildir. Bizimlə görüşmək istəsə görüşərik, istəməsə də özü bilər. Sadəcə olaraq biz görüşmək istəyimizi və xoş niyyətimizi təbrik məktubunda vurğulamışıq.

Amma xüsusi canfəşanlıq eləyib səfirlə görüşməklə bağlı əlaqələr yaratmamışıq. Çünki biz hesab edirik ki, həmin məktub kifayət edir. Xüsusi olaraq səfirlə “öldü var, amma döndü yoxdur” prinsipi lə görüşmək planımız yoxdur. Ona görə də bu məsələni səfirliyin öz öhdəsinə buraxmışıq. Əgər səfirlik arzu edərsə, böyük məmnuniyyətlə biz görüşərik”.

Sərdar Cəlaloğlu hesab edir ki, rəhbəri olduğu partiya ilə Robert Sekuta arasında görüş keçirilərsə, bunun hər iki tərəfə müəyyən xeyri olar.

“Amma səfirlik belə hesab edir ki, ADP ilə görüşmədən də Amerika və Avropa guya Azərbaycanda demokratiyaya dəstək verəcək. Bu da ən azından formal baxımdan inandırıcı görünməz.

Çünki onlar Azərbaycanın bilavasitə demokratiyanı əsas ideal kimi seçən ilk partiyasını saymırlar. Gedib sosial yönümlü partiyalarla, hətta Kommunist Partiyası ilə görüşürlər. 

Bizim partiya Amerika üçün yeni deyil. Amerikanın ilk səfiri Azərbaycana gələndən son gedişinə kimi bizim Dövlət Departamenti, ABŞ Konqresi ilə olduqca ciddi əlaqələrimiz olub.

Dəfələrlə mən Amerikaya gedib yüzlərlə konqresmenlə görüşmüşəm. Dövlət Departamentində yüksək səviyyəli 6-7 görüşümüz, Amerikanın ictimai institutları ilə müzakirələrimiz keçirilib. Faktiki olaraq Azərbaycanla Amerika Demokrat Partiyası arasında çox ciddi əlaqələr mövcud olub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam