Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Qarabağın həlli kənar faktorlardan da asılıdır”

 

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İndoneziya Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya üzrə direktoru xanım Listyovatini qəbul edib.

 

"Xeberinfo.com":  Azərbaycan XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, X.Xələfov Azərbaycan və İndoneziya arasında mədəni, dini və adət-ənənə bağlılıqlarının iki ölkə arasında dost münasibətlərin formalaşmasında mühüm amillərdən biri olduğunu vurğulayıb. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə inkişafının həm ikitərəfli, həm də çoxtərəfli platformada əlaqələrin xarakterini müəyyənləşdirdiyini qeyd edən X.Xələfov iqtisadi, humanitar, mədəniyyət sahələrində də əməkdaşlıq üçün potensial olduğunu diqqətə çatdırıb.

Cənubi Qafqaz regionunda hərtərəfli inkişaf və inteqrasiya proseslərinə əsas əngəl olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qonağı məlumatlandıran X.Xələfov, münaqişənin həllinin Ermənistanla yanaşı bir çox kənar faktorlardan da asılı olduğunu bildirib. Münaqişənin yalnız işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasından sonra öz həllini tapa biləcəyini vurğulayaraq, beynəlxalq təşkilatların, xüsusilə də Avropa institutlarının bu istiqamətdə səmərəli fəaliyyət göstərmədiyini, bu təşkilatların işğal etdiyi ərazilərdən çıxması üçün Ermənistana təzyiq etmələrinin vacibliyini bildirib.

Azərbaycanlı nazir müavini ən böyük müsəlman dövləti və İslam Əməkdaşlıq Təşkilatının xüsusi çəkiyə malik aparıcı üzvlərindən olan İndoneziyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edərək, ümumiyyətlə strateji məsələlərlə bağlı mövqelərin yaxın olduğunu bildirib.

Xanım Listyovati iki dövlət arasında münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu bildirərək, əlaqələrin dərinləşməsində qarşılıqlı yüksək səviyyəli səfərlərin önəmli rol oynadığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İndoneziyaya səfərini həyata keçməsini arzu etdiklərini bildirən xanım Listyovati, iki ölkə arasında müxtəlif səviyyədə mütəmadi dialoqun əhəmiyyətini vurğulayıb. Həmçinin Azərbaycan və İndoneziya arasında birgə iqtisadi komissiyanın fəaliyyətə başlamasının iqtisadi sahədə əməkdaşlığın inkişafına və diversifikasiyasına töhfə verəcəyini vurğulayıb.
İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünün birmənalı olaraq tanıdığını və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bu dəstəyi ifadə etdiklərini, bu ədalətli yanaşmaya hər zaman sadiq qalacaqlarını qeyd edən xanım Listyovati, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda sülh yolu ilə nizamlanacağına ümidvar olduğunu bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam