Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Səlahiyyətlilər birinci yanğından nəticə çıxarmadılar”

 

Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında baş verən yanğına səbəb olan keyfiyyətsiz üzlüyə deputatlar sərt reaksiya verib.

"Xeberinfo.com":  “Artıq ikinci binanın üzlükləri od tutub yanır. Deməli, bu praktikadan imtina etmək lazımdır”. Bunu Modern.az saytına Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib.
O qeyd edib ki, ilk növbədə hadisənin səbəbi araşdırılmalıdır: “Araşdırma nəticəsində bəlli olacaq ki, hadisə təsadüfən, günəş şüasından, yoxsa qaz partlamasından baş verib.

Nəzərə almaq lazımdır ki, hadisədə iki məqam var: keyfiyyətsiz üzlüklərin vurulması məsələsi və yanğına səbəb olan amil. Bunlar bir-birini tamamlayan hadisə olduğundan iki aspektdən istintaq işi aparılmalı və hüquqi nəticə çıxarılmalıdır”.

Deputat Elmira Axundova hadisədən böyük sarsıntı keçirdiyini bildirib: “Ötən dəfə bina yananda demişdik ki, məsələ araşdırılsın və yeni bir faciə yaşanmasın. Təkrar olundu və ölümlə nəticələndi. Bu bir daha göstərir ki, səlahiyyətli şəxslər birinci hadisədən nəticə çıxarmadılar. Hadisə ilə bağlı istintaqa cəlb olunanlar mütləq olacaq, belə də olmalıdır.

Məsələnin ciddi araşdırılacağına inanıram. Yanğın baş verə bilər, amma bu qədər insan itkisi olmamalıdır. Birinci hadisə bizə Allah tərəfindən göndərilən işarə idi. Məsuliyyətsiz insanların hadisəyə münasibəti göstərdi ki, örtüklər qorxuludur.

Bakı cənub şəhəridir, istilər olur, hər an hadisə baş verə bilər. İnsanlar qorxu içində yaşamamalıdır. Hər halda, araşdırma aparılmalıdır. Bu, dəhşətli hadisədir. Çox təsirləndim, sarsıldım. Deputat olaraq gələcəkdə belə halların bir daha baş verməməsi üçün məsələnin ciddi araşdırılmasını istəyirəm”.

Qeyd edək ki, baş vermiş hadisə ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam