Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Əfv sərəncamı ancaq pozitiv qiymətləndirilməlidir”

 

Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev prezidentin imzaladığı əfv sərəncamını dəyərləndirib

"Xeberinfo.com":  Məlumata görə, o, müsavat.coma açıqlamasında qeyd etib ki,  əfv sərəncamı istənilən halda müsbət qiymətləndirilməlidir: 
“Çünki əfv sərəncamının imzalanması xeyli sayda Azərbaycan ailəsinə sevinc, xoşbəxtlik bəxş edir. Cənab prezidentin əfv sərəncamı yüksək səviyyədə qiymətləndirilir, bu onun tərəfindən atılmış növbəti humanist addımdır. Bayram ərəfəsində əfv sərəncamlarının imzalanması ailələrə ikiqat sevinc bəxş edir. Mən cənab prezidentimizə təşəkkür edirəm ki, ayrı-ayrı ictimai təşkilatların, şəxslərin, QHT-lərin, İnsan haqları üzrə Birgə İşçi Qrupunun da rəyini, təkliflərini nəzərə alaraq növbəti əfv sərəncamı imzaladı. Məsələnin siyasi tərəflərinə gəldikdə, burada da çox müsbət məqamlar var; hər bir əfv sərəncamı cəmiyyətdə barış əhval-ruhiyyəsinin möhkəmləndirilməsi, etimad mühitinin güclənməsinə xidmət edir, vətəndaşların dövlətə inamını gücləndirir, onların hüquqlarının dövlət tərəfindən daim müdafiə edilməsinə əminlik yaradır. Həmçinin, müxtəlif cinayətlər törətmiş şəxslərin cəzalarının müəyyən hissəsini çəkdikdən sonra cəmiyyətə inteqrasiyası, bir daha belə səhvlərə yol verməmələri üçün şans yaradır. Bu baxımdan da fərmanın əhəmiyyəti çox böyükdür”.
A.Quliyev bildirdi ki, əfv sərəncamı verilərkən bir sıra vətəndaş cəmiyyəti institutlarının, o cümlədən İşçi Qrupunun da təklifləri nəzərə alınıb: “Sərəncamla İşçi Qrupunun təqdim etdiyi siyahıda adları olan bir neçə də azadlığa buraxılıb, qurumun müraciətinə adekvat redaksiya verilib. Bu baxımdan da fərman çox əhəmiyyətlidir ki, dövlət-QHT münasibətləri daha da yaxınlaşır. Bu, həm də bir mesajdır ki, bu kimi problem kimi təqdim edilən məsələlər Azərbaycanın daxilində həll edilə bilər. Bu, həmçinin digərlərinə də bir mesajdır ki, dəstəyi hansısa xarici qurumlardan deyil, dövlətdən, cənab prezidentdən gözləməlidirlər. Bütün bunları nəzərə alaraq bir daha qeyd edirəm ki, əfv sərəncamı ancaq pozitiv qiymətləndirilə bilər və qiymətləndirilməlidir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam