Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Əfv siyahısında Əli İnsanovun da adı var”

 

“Biz əvvəlki siyahıdan qalan məhbusların azad olunmasına çalışırıq, təbii ki, siyahıya yeni adlar da daxil edirik”. 

"Xeberinfo.com":  Məlumata görə, bu haqda Modern.az-a hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib.
O qeyd edib ki, siyahıya “NİDA”çılar, Tofiq Yaqublu, İlqar Məmmədov, sabiq səhiyyə naziri Əli İnsanov, səhhətində yaranmış narahatlıqla bağlı Prezidentin İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev və başqalarının da adı daxil edilib.
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun öldürülməsində günahkar bilinərək ömürlük həbs cəzası alan Vüqar Əliyevin adının siyahıya salınmasına aydınlıq gətirərkən, hüquq müdafiəçisi onunla bağlı müraciət etmədiklərini bildirib.
Prezident İlham Əliyevə təqdim edilən siyahıda ümumilikdə neçə nəfərin adının olduğuna gəlincə, Səadət Bənanyarlı bildirib ki, adətən, siyahıda 150-180 nəfərin adı olur: “Təbii ki, bu prezidentin səlahiyyətində olan məsələdir. O, siyahıdan kiminsə adını çıxara və ora başqa adlar daxil edə bilər. Böyük ehtimal ki, bu gün əfv gözlənilir, sərəncamın imzalanması sabaha da qala bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam