Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sabirabad Doğum Evində rəzalət

 

Ana həkimin tələb etdiyi 480 manat verə bilmədiyi üçün 14 saat ağrılar içində qovrulub, bətndəki körpə ölüb, özünün durumu isə ağırdır 

Sabirabad Doğum Evində bir qadının başına pulu olmadığı üçün müsibət gətirilib.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə JAM.AZ-a həmin vəziyyətlə üzləşmiş Mərziyyə Mirzəyevanın yaxınları məlumat veriblər. 

Məlumatda deyilir ki, fevralın 3-də M.Mirzəyevanın ağrıları başlayıb və təcili olaraq rayon Doğum Evinə gətirilib. Orada Güllü adlı həkim tərəfindən müayinə edildikdən sonra qeysəriyyə yolu ilə əməliyyat olunacağı bildirilib. Lakin həkim Mirzəyevlərə bildirib ki, əməliyyatı aparmaq üçün ona 480 manat verilməlidir. 

JAM.AZ-a daxil olan məlumatda vurğulanır ki, Mirzəyevlər imkansız ailə olduqlarından bu pulu düzəltmək gücündə olmadıqlarını həkimə çatdırıblar. Hətta təklif ediblər ki, əməliyyatdan sonra xəstələri Doğum Evində qaldığı müddətdə həmin pulu düzəldib gətirə bilərlər. Lakin Güllü adlı həkimin bununla razılaşmadığı deyilir. 

Qeyd edək ki, hamilə Mərziyyə Mirzəyevanın bu səbəbdən 14 saat ağrılar içində Doğum Evində saxlanıldığı, sonda isə ölümlə üz-üzə gəldiyi görülərək, təcili əməliyyata alınıb. Lakin körpəni xilas etmək mümkün olmayıb. Üstəlik, ananın da vəziyyəti həddindən artıq ağır hesab edilir. 

Mirzəyevlərin bu olaydan sonra şikayətçi düşdükləri də deyilir. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam