Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Ağcabədidə yandırılan qardaşların vəziyyəti necədir? - AÇIQLAMA

Ağcabədidə yandırılan qardaşların vəziyyəti necədir? - AÇIQLAMA
Ağcabədi rayonunun Boyat kəndində Ehtiram Əliyev və Yaşar Əliyev qardaşlarının üzərinə benzin tökərək yandırıblar. Onlar yanıq xəsarətləri ilə əvvəlcə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, daha sonra Bakıdakı Yanıq Mərkəzinə aparılıblar.
Yenixeber.org: Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov açıqlamasında bildirib ki, qardaşların vəziyyəti stabildir.

“Onlar yüngül yanıq xəsarətləri alıblar. Elə ciddi yanıq izləri yoxdur. Hazırda vəziyyətləri stabildir, müalicələri davam edir”.

Qeyd edək ki, APA-nın yaydığı məlumata əsasən, kənd sakini Amil Əmrahov münaqişə zəminində E. Əliyev və Y. Əliyevin üzərilərinə benzin tökərək onları yandırıb. Araşdırma zamanı məlum olub ki, E. Əliyev və Y. Əliyev A. Əmrahov və onun qardaşı Aftandil Əmrahova telefonda nalayiq ifadələr işlədiblər. Daha sonra onlar kəndin kənarında görüşüblər. Bu zaman Amil Əmrahov idarə etdiyi avtomobildən benzin götürərək E. Əliyev və Y. Əliyevun üstünə töküb, daha sonra alışqanla onları yandırıb.

Hadisə zamanı Amil Əmrahov özü də yanıq xəsarətləri alıb, Aftandil Əmrahov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam