Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Xızıda - 15 nəfər şəxs karantin rejimini pozduğuna görə məsuliyyətə cəlb olundu

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan yenixeber.org-a  verilən məlumata görə, keçirilən tədbirlər çərçivəsində rayonun giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması üçün patrul xidməti yerinə yetirilir. Xüsusi rejim ilə əlaqədar qurulan postlarda sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir və səbəbsiz yerə yaşayış məkanlarını tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat miqdarında cərimə edilirlər.

Ümumilikdə bu günədək Xızı RPŞ-nin əməkdaşları tərəfindən karantin qaydalarını pozan 2 obyekt sahibinə, eləcə də müvafiq qaydada icazəsi olmadan çölə çıxan 13 vətəndaş barəsində epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə inzibati qaydada tədbirlər görülüb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam