Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Göyçay rayon İcra Hakimiyyətinin qarşısında aksiya keçirilib

 

Bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov məlumat verib. 
"Xeberinfo.com":  Məlumata görə, o, deyib ki, bu gün saat 11-30 radələrində Göyçay sakinləri işıq və su problemləri ilə bağlı etirazlarını bildirmək üçün Göyçay İcra Hakimiyyətinin qarşısına yığışıblar. 
Taleh Xasməmmədovun sözlərinə görə, İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev etiraza qalxan sakinlərin İH-nin böyük akt zalına toplanmasına göstəriş verib: “4 gündür ki, Göyçayda 400 ailənin işığı naməlum səbəblərdən kəsilib. Göyçay Elektrik Şəbəkəsinin rəisi – yeni icra başçısı Mübariz Ağayevin dayısı oğlu Mövsüm Ağayev vətəndaşları ciddi narazı salıb. Bundan bezən sakinlər ondan icra başçısına şikayət etməyə gəliblər. Onları icra başçısının müavini dinləyib.
Bundan əlavə sakinlər iki gündür ki, su təchizatından da məhrum olublar. Etiraz edənlər onlara qanunsuz su borclarının yazılmasından da icra başçısının müavininə şikayət ediblər və ona öz tələblərini çatdırıblar. Etiraz edən sakinlər problemləri həll edilməyəcəyi təqdirdə, bu gün saat 17:00-da yenidən mitinq təşkil edəcəklərini bildiriblər”.(musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam