Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

İcra başçısını "VVS tikinti təchizatı" MMC ilə nə bağlayır?


Sabirabad rayonundan daxil olan məlumata görə icra başçısı Nazim İsmayılov dövlət büdcəsindən rayon üçün ayrılan vəsaitlərlə bağlı olaraq ilginc bir metod tapıb. 
"Xeberinfo.com":  Məlumata görə, rayonda aparılan bütün abadlıq və tikinti işlərinə özünə yaxın olan və icra başçısı təyin edildikdən sonra qurduğu «VVS Tikinti Təhcizat» MMC vasitəsilə həyata keçirir. Lakin adıçəkilən şirkət məhz (adından da göründüyü kimi red.) tikinti-təmir və abadlıq işlərinin həyata keçirilməsini reallaşdırmır. «VVS Tikinti Təhcizat» MMC həm də yerli icra nümayəndəlikləri, o cümlədən də əksər büdcə təşkilatlarının dəftərxana təchizatı üzrə tenderlərin də qalibi olur. Sabirabaddan bilgi verən mənbə iddia edir ki, bu «VVS Tikinti Təhcizat» MMC icra başçısının ən yaxın adamlarından birinə məxsusdur. Və profilində göstərildiyi kimi deyil, rayon üçün ayrılan bütün büdcə vəsaitlərinin xərclənməsində də iştirak edir.
Bununla bağlı olaraq rdeaksiyamıza təqdim edilən faktdan da görünür ki, iddia olunanların həqiqət yükü kifayət qədər böyükdür.
Məlumata əsasən təkcə 2013-cü il ərzində bu rayonun 3 icra nümayəndəliyinə dəftərxana ləvazimatlarının alınması üçün külli miqdarda pul ayrılıb. Belə ki, bu məqsədlə Sabirabada rayon İcra Hakimiyyəti Azadkənd kənd İcra Nümayəndəliyinə 6000 manat, Ulucalı kənd İcra Nümayəndəliyinə 6880 manat və Muğangəncəli İcra Nümayəndəliyinə isə 5973 manat vəsait ayrılıb. Qeyd edək ki, hər üç əməliyyatın həyata keçirilməsi isə «VVS Tikinti Təhcizat» MMC-yə həvalə olunub. Elə işin içində maliyyə maxinasiyasının olması buradan açıq şəkildə hiss olunur. Çünki tikinti işlərinə baxan bir şirkətin dəftərxana ləvazimatlarının alınmasına iştirak etməsi təcrübədə az rast gəlinən hallardandır.
İkinci bir amil isə ondan ibarətdir ki, bu qədər iri məbləğlərin dəftərxana xərcləri üçün nəzərdə tutulması şübhəlidir. Əvvəla Sabirabadın adları çəkilən kəndləri hər nə qədər böyük olsa da, bir ildə onlara bu qədər dəftərxana ləvazimatları üçün bu qədər pul gərək deyil. Belə başa düşülür ki, bu icra nümayəndələri ancaq kağız-kuğuz işləri ilə məşğul olur. Hətta ekspertlər onu da deyir ki, bu qədər pulla hər hansı bir rayonda orta səviyyəli mətbəəni kağızla tam təmin etmək mümkündür.
Qeyd edək ki, artıq Hesablama Palatası rayonların büdcəsi üzrə büdcə vəsaitlərinin xərclənməsinə dair audit tədbirləri həyata keçirir. Məhz bu tədbirlər zamanı büdcə təşkilatlarında «VVS Tikinti Təhcizat» MMC-nin iştirakının nə qədər olub-olmadığını araşdırmağa çalışırıq.
 Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. (gundeminfo.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam