Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Gorançay aşdı-daşdı... - Fotolar+Video

Gorançay aşdı-daşdı... 

Gecə saatlarından başlayan güclü yağış Goranboyda fəsadlar törədib.

Yenixeber.org:  Rayon ərazisindən axan Gorançayda sel sularının artması nəticəsində körpünün suyu ötürə bilməməsi ətrafdakı əkin sahələrinə, ticarət obyektlərinə sel sularının dolmasına səbəb olub.

Təbiət hadisəsi nəticəsində rayon ərazisində fermer təsürrüfatı ilə məşğul olan Kəlbəcər sakini İsmət Nəbiyevə məxsus fermaya sel suları dolub. Nəticədə orada olan 25 yeşik arı, ev quşları və 10 tona yaxın arpa lil qatının altında qalıb. Təsərüffat sahibin mal-qarası yaylaqda olduğundan onlar ziyan görməyib.

Yağışın yaratdığı sel suları rayon ərazisində fəaliyyət göstərən avtomobil təmiri sexinə də ciddi ziyan vurub. Avtomobillərin təmiri üçün istifadə edilən qiymətli apartlar palçıq, lil qatının altında qalaraq yararsız vəziyyətə düşüb.

Təbiət hadisəsi zamanı Bakı-Qazax avtomgaistralının Goran qəsəbəsindən keçən hisəsində yerləşən körpünün ətrafına da sel suları dolub. Nəticədə Tərtər,Naftalan, Bərdə və Goranboyun həmin istiqamətdə olan kəndlərinə avtomobillərin gediş-gəlişində çətinlik yaranıb. Bir neçə sürücünün avtomobili sıradan çıxıb. Küləklə müşahidə olunan yağış nəticəsində Goranboyun bir neçə yaşayış məntəqisinə elektrik enerji verlişində də fasilələr yaranıb. Baş verən təbiət hadisəsi ilə bağlı aidiyyatı qurumlara məlumat veriilib.

 

 






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam