Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Mingəçevirdə - qəbiristanlıqda oğurluq

Mingəçevirdə qəbiristanlığın su boruları oğurlanıb 

Mingəçevirdə qəbiristanlığın su boruları oğurlanıb.

Yenixeber.org: Hadisə 4 saylı sağ sahil qəbiristanlığında baş verib.

Hələ ki, kimliyi müəyyən olunmamış şəxs və şəxslər tərəfindən qəbiristanlığa məxsus 100 metrdən çox uzunluqda dəmir su xətt boruları kəsilərək oğurlanıb. Oğurluq  hadisəsi qəbiristanlığın köhnə və hazırda ehtiyat xətti kimi nəzərdə tutulan borularında baş verib. Çünki ötən ilin sentyabrından etibarən qəbiristanlığa yeni su xətti çəkilib və davamlı istismar olunan da hazırda məhz o xətdir. Yəni qəbiristanlıqda oğurluqdan sonra su problemi yaşanmır. Bununla belə, qəbiristanlığa məxsus digər xəttin kəsilməsi xoşagələn hal deyil və cinayət hadisəsi olmaqla yanaşı, həm də ictimai qınaq hədəfinə çevrilib.

Mingəçevir Şəhər Bələdiyyəsinin dəfn mərasimləri xidməti sahəsinin nümayəndəsi Rəfael Məmmədov ONA-nın yerli bürosuna bildirib ki, əsasən 40-50 metr diametrlik boru xətlərinin oğurlanması ilə bağlı artıq hüquq-mühafizə orqanlarına yazılı müraciət olunub. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır. (ONA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam